• $
  • €
  • ₽
  • ₺
  • £

Saleh Məmmədovun villası və sürüşən yoldakı istinad divarlarının fərqi - FOTO

Saleh Məmmədovun villası və sürüşən yoldakı istinad divarlarının fərqi - FOTO
26.11.2019 11:06
Noyabrın 25-də gecə saatlarında çökən Bibiheybət yolu bu ilin martında təmir olunaraq istifadəyə verilib.
 
"Yeni Sabah” xəbər verir ki, həmin yol bu il martın 1-də yol çöküb, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) təmir işlətinə başlayıb və mart ayının sonlarında yol yenidən istifadəyə verilib.
 
Bibiheybət yolunda 2015, 2017 və 2018-ci illərdə də təmir işləri aparılıb. Lakin keyfiyyətsiz iş üzündə hər dəfə bu yolda çökmə baş verib. Görünür, sonuncu dəfəki təmirdə də keyfiyyətə önəm verilməyib.
 
AAYDA-nın rəhbəri Saleh Məmmədov 2015-ci ildən yol təsərrüfatına rəhbərlik edir. 2015-ci ildə bu yana Bibiheybət yolu demək olar ki, hər il təmir olunur. Büdcədən milyonlarla vəsait xərclənməsinə baxmayaraq bu yolun ömrünü 1 ildən artıq uzatmaq mümkün olmur.
 
Bəlkə də ona görə ki, Saleh Məmmədov məsələn Nabrandakı villasının tikintisinə göstərdiyi diqqəti bu yola göstərmir. Bibiheybət yolunda torpaq sürüşməsinin qarşısını almaq üçün tikilən istinad divarları hörmətli Saleh Məmmədovun bəhs etdiyimiz villasının hasarı ilə müqayisədə çox kövrəkdir. Amma bu AAYDA sədrini o qədər də narahat etmir. Axı yol onun şəxsi mülkü deyil. Yollar ümumi istifadədir. Ordan "rəiyyət” də istifadə edir. Hər il onun təmirinə xərclənən vəsait də Saleh Məmmədovun şəxsi vəsaiti deyil. Xalqın puludur, nə qədər istəyirsən xərclə...
 
Amma villa şəxsi əmlakdır. Onun keyfiyyətli olması əsas şərtdir. Ki, Saleh müəllim orada rahat dincələ bilsin. Villanın uça biləcəyi təhlükəsini düşünüb narahat olmasın.
 
Oxucular da intizarda qalmasın, villanın fotosunu da təqdim edirik, buyurun, baxın, müqayisə aparın.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol