• $
  • €
  • ₽
  • ₺
  • £

"Mən balqabaq deyiləm, "karennoy" şirvanlıyam" - İcra başçısının müavinindən AÇIQLAMA

"Mən balqabaq deyiləm, "karennoy" şirvanlıyam" - İcra başçısının müavinindən AÇIQLAMA
26.11.2019 12:19
Şirvan şəhər icra başçısının müavini Elmira Ağayeva fotoları yayılan əmlakı ilə bağlı məsələyə münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, Şirvan Şəhər İcra  Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elmira Ağayeva Unikal.org-a açıqlamasında bildirib ki, haqqında yazıldığı qədər əmlakı yoxdur:

"Biz nə sərçə, nə də qaranquş deyilik ki, budaqda yaşayaq. Qadınam, amma gəl kişiyana danışaq. Yaşamaq üçün hərənin bir evi olmalıdır. Bir evin fotosu düzgün çəkilib, o oğlumun evidir. 1995-ci ildə alınmış torpağın içində tikilib. O evin də həyətində oğlum qaloşla, potu ilə gəzir. Mənim iki oğlum var. Hazırda da onların himayəsində yaşayıram. Qonşuların darvazasını çəkmək hansı əxlaqa sığır? Qonşuların, pozğunların darvazasını çəkib, niyə mənim olduğunu, hətta salam vermədiyim adamın darvazasını çəkib, mənim adımı qeyd edirlər. Orda lazer epilyasiya yazılan salonu oğlum Yaşar adlı şəxsdən aylıq 200 manata icarəyə götürüb. Oğlum ali təhsilli ola-ola 14 ildir işləmədiyi üçün icarəyə götürüb.
 
Oba market də mənim deyil, gəlinimindir. Kimsə tülkü kimi kiminsə ayağının altından keçibsə, kül o kişinin başına. O fotoları çəkən adam kameraya düşüb. Mən Şirvanda doğulub, yaşayan adamam. Mən balqabaq deyiləm, "karennoy" şirvanlıyam. Yeni başçımıza da bu məsələ ilə bağlı görüşüb, məlumat verdim. Mən həmişə dövlətə, xalqıma sözün düzünü demişə
m. Həm iqtidarın, həm də müxalifətin sözünü demişəm. Düz mənim üçün həmişə düzdür".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol