• $
  • €
  • ₽
  • ₺
  • £

Oliqarx deputatlar mandatını itirəcək? - Milli Məclisin vizionu dəyişə bilər

Oliqarx deputatlar mandatını itirəcək? - Milli Məclisin vizionu dəyişə bilər
28.11.2019 12:51
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı təşəbbüsü Milli Məclisin buraxılmasını şərtləndirib.

Yenisabah.az xəbər verir ki, YAP bu gün partiyanın qərargahında keçirilən toplantıda növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Təşəbbüs bütün partiya üzvləri tərəfindən dəstəklənib. Azərbaycanda Milli Məclisi buraxmaq Prezidentin kompitensiyasına aiddir. Azərbaycan Prezidenti İlham Əliyev isə həm də YAP-ın sədridir. Deməli, yaxın günlərdə Milli Məclisin buraxılacağını söyləmək olar.

İqtidar kadr islahatlarına start verəndə parlamentin vizionun dəyişdirilməsi də gündəmə gəlmişdi. Ölkənin siyasi-ictimai seqmentinin əhəmiyyətli hissəsi Milli Məclisin dəyişməsinin zərurətə çevrildiyini bildirirdi. Hətta YAP-ın sıralarında təmsil olunanlar da parlamentə yeni nəfəs verməyin lazım olduğu qənaətində idi.
Məsələn, YAP-ın qurucularından olan, partiyanın Siyasi Şurasının üzvü Musa Musayev Yenisabah.az-a müsahibəsində parlamentin dəyişməli olduğunu açıq mətnlə bildirmişdi. Onun fikrincə, Milli Məclisdə oliqarxiya və vəzifəli şəxslər təmsil olunmamalıdır. Musa Musayev həmçinin deputatların sayının artırılmasını təklif edirdi. Onun sözlərinə görə, Milli Məclisə 1995-ci ildə keçirilən I çağırış seçkilərindən 24 il ötüb və bu müddət ərzində əhalinin sayı artıb. Bu baxımdan deputatların da sayı artırılmalıdır.

Milli Məclisin dəyişməsini zəruri hesab edənlər arasında proporsional seçki sisteminin də bərpasını da təklif edənlər var.

Hələlik, yalnız dəqiq olan növbədənkənar seçkilərin keçiriləcəyidir. Deputatların sayının artırılması, proporsional seçki sisteminin bərpa edilməsi, Milli Məclisin vizionunda dəyişiklik olunması məsələlərini isə zaman göstərəcək.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol