• $
  • €
  • ₽
  • ₺
  • £

Fəzail Ağamalı keçmiş naziri özünə müavin gətirdi - FOTO

Fəzail Ağamalı keçmiş naziri özünə müavin gətirdi - FOTO
28.11.2019 14:49
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının 28 noyabr 2019-cu il sərancamı ilə Fikrət Hüseyn oğlu Yusifov sədrin sosial-iqtisadi məsələlər üzrə müavini təyin edilib.

Bu barədə Modern.az-a Ana Vətən Partiyasının mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edək ki, Fikrət Yusifov 1957-ci ilin avqust ayının 20-də ziyalı ailəsində anadan olmuşdur. 1974-cü ildə Abşeron rayonunun Mehdiabad qəsəbəsində orta məktəbi, 1978-ci ildə Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnustutunu fərqlənmə diplomu ilə bitirmiş və təyinatla Azərbaycan SSR Dövlət Bankına işləməyə göndərilmiş, hərbi xidmətdən sonra əmək fəaliyyətini Azərbaycan SSR Maliyyə Nazirliyində davam etdirmişdir.

Nazirliyin büdcə idarəsində baş iqtisadçı, şöbə müdiri vəzifəsində çalışmışdır. 1987-ci ildə Moskva şəhərində "Müasir şəraitdə yerli büdcələrin mədaxil bazarlarının təkmilləşdirilməsi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1988-ci ildən – 1992-ci ilədək Azərbaycan Dövlət İqtisad Universitetində müəllimlik fəaliyyətinə başlamış, institutun elmi-tədqiqat laboratoriyasına rəhbərlik etmiş, Maliyyə-iqtisad fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır.

1992-1994-cü illərdə Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini, 1994-cü ildən 1999-cu ilədək Azərbaycan Respublikası maliyyə naziri vəzifəsində işləmişdir.

2001-ci ildə Sankt-Peterburq Maliyyə-İqtisad Universitetində doktorluq dissertasiyasını müdafiə etmiş və 2004-2013-cü illərdə həmin universitetdə professor vəzifəsində çalışmışdır.

2018-ci ildən Azərbaycan  Dövlət İqtisad Universitetində professor kimi  əmək fəaliyyətini davam etdirir.

2014-cü ildə "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyini təsis etmiş və onun sədri seçilmişdir. 

Altmışdan artıq elmi əsərin və dərsliklərin müəllifidir. 

Ailəlidir, dörd övladı var. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol