Milli Məclis bu gün yeni Ombudsman seçəcək

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Parlament İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında məsələyə də baxacaq.
Qeyd edək ki, ombudsmanlığa namizədlərdən biri Bakı Apellyasiya Məhkəməsinin sədrinin müavini Kəmalə Abıyevadır.
Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva da ombudsmanlığa namizəddir.
www.anews.az
























