• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda iki yüksək vəzifəli şəxs işdən çıxarıldı

Bakıda iki yüksək vəzifəli şəxs işdən çıxarıldı
29.11.2019 13:24
Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub.

"Report"un məlumatına görə, Suraxanı RİH-in başçısı Əziz Əzizovun müvafiq əmri ilə başçının köməkçisi vəzifəsinə Ağayev Murad Əsgər oğlu təyin edilib.
Ə.Əzizovun digər əmri ilə RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini vəzifəsinə Əliyev Eldəniz Əliqulu oğlu təyinat alıb.

Bundan başqa, Ə.Əzizovun müvafiq əmrləri ilə RİH-in Hüquq şöbəsinin məsləhətçisi Mustafayev Namiq Məcid oğlu və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçisi Qədimov Mikayıl Fərəməz oğlu vəzifələrindən azad ediliblər.
İcra başçısının yeni köməkçisi M.Ağayev Ə.Əzizovun bacısı oğludur.

Qeyd edək ki, bundan əvvəl RİH-in daha iki əməkdaşı - icra başçısının köməkçisi Təyublı Mirteyub Xaqani oğlu və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məmmədov Rəşid Müslüm oğlu işdən çıxarılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin noyabrın 12-də imzaladığı sərəncamla Əziz Əzizov Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Ə.Əzizov bundan əvvəl Yasamal Rayon İcra Hakimiyyətinin başçısı olub. Həmin vaxt M.Ağayev də Yasamal Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi vəzifəsində çalışıb.

Son günlər mətbuatda Ə.Əzizovun RİH-də qalmaqallı kadr dəyişikliyi etməsi ilə bağlı xəbərlər dərc olunub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol