• $
  • €
  • ₽
  • ₺
  • £

Ədalət Vəliyev Prezidentinin Administrasiyasında vəzifəyə təyin olundu - DOSYE

Ədalət Vəliyev Prezidentinin Administrasiyasında vəzifəyə təyin olundu - DOSYE
29.11.2019 18:44
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni şöbə yaradılıb.


Qaynarinfo xəbər verir ki, yeni şöbə Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi adlanır.


Prezident İlham Əliyevin sərəncamı ilə  Ədalət Məqsəd oğlu Vəliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri təyin edilib.


Qeyd edək ki, Ədalət Vəliyev 1959-cu ildə Bakı şəhərində anadan olub.


1966-1976-cı illərdə Bakı şəhər 102 nömrəli orta ümümtəhsil məktəbində, 1968-1973-cü illər ərzində isə həmçinin 21 nömrəli musiqi məktəbində təhsil alıb. Ədalət Vəliyev əmək fəaliyyətinə 1976-cı ildə başlayıb. 1978-1980-cı illərdə ordu sıralarında xidmət etmişdir. 1977-ci ildə Bakı Dövlət Universitetinə daxil olmuş və filoloq ixtisası üzrə bitirib.


1980-cı ildən başlayaraq, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Azərbaycan Dövlət Rus Dram Teatrında müxtəlif vəzifələrdə işləyib, 1986-1987-ci illərdə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında,1987-1989-cu illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında direktor müavini vəzifəsində çalışıb, 1989-1991-ci illərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sərəncamçı direktor, 1991-1993-cü illərdə isə Azərbaycan Dövlət Rus Dram Teatrında direktor vəzifəsində fəaliyyət göstərib.


1993-2006-cı illərdə Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb.


2006-2018-ci illərdə Mədəniyyət və Turizm nazirinin müavini vəzifəsində işləyib.


2003-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Azərbaycan teatr tarixi", "Teatşunaslığın aktual problemləri", "Teatrın bədii estetik prinsipləri" və "Teatrda menecment işi" fənnləri üzrə pedaqoji fəaliyyətlə məşğuldur.


2008-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən Şənətşünaslıq namizədi alimlik dərəcəsi verilib. 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə teatrşünaslıq kafedrası üzrə Dosent elmi adı verilib. 2013-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Fəxri Mədəniyyət İşçisi" adına və döş nişanına layiq görülüb. 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Əməkdar İncəsənət Xadimi" fəxri adına layiq görülüb. 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə teatrşünaslıq kafedrası üzrə professor elmi adı verilib. 5 mart 2019-cu ildə 3-cü dərəcəli "Əmək" ordeni ilə təltif olunub.


Evlidir, iki övladı və dörd nəvəsi var.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol