• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanın internet təminatı Azərbaycanın nəzarətinə keçə bilər

Ermənistanın internet təminatı Azərbaycanın nəzarətinə keçə bilər
30.11.2019 18:01
Ermənistanın internetlə təminatı Azərbaycanın nəzarətinə keçə bilər. "AzPolitika.info” xəbər verir ki, Ermənistan mətbuatında bu məsələ ciddi şəkildə müzakirə edilməyə başlayıb.

Ermənilərin təşvişə düşməsinə səbəb Gürcüstanın ən iri internet-rabitə magistral kanalının sahibi olan "Caucasus Online” şirkətinin səhmlərinin satışa çıxarılacağına dair yayılan məlumatlardır. 

Ermənistan qorxur ki, sözügedən şirkətin səhmlərini Azərbaycanı təmsil edən hansısa müəssisə, şirkət ala bilər. Və bu zaman Ermənistanın internetlə təminatı, ümumilikdə bu sahəyə nəzarət Azərbaycanın əlinə keçər.

Qeyd edək ki, Ermənistanın internet trafikinin 80 faizi Gürcüstan vasitəsilə həyata keçirilir. Qara Dənizin dibi ilə çəkilən optik kabelin sahibi olan "Caucasus Online” şirkətinin əsas səhmdarları isə Avropada qeydiyyatda olan gürcü əsilli iş adamlarıdır. Ermənistan tərəfi bu şəxslərin asanlıqla Azərbaycan tərəfi ilə razılaşacağından ehtiyat edir.

Ermənistanın internet trafikinin 20 faizi isə İranla əlaqədardır. Lakin İran istiqamətində Ermənistan sadəcə tranzit ölkə rolunu oynayır. Bu baxımdan Gürcüstandan keçən və Ermənistanı internetlə təmin edən əsas optik kabel strateji əhəmiyyət kəsb edir.

Ermənistan tərəfinin narahatlığına Gürcüstanın İqtisadiyyat nazirinin müavini Nikoloz Alavidze cavab verib. Nazir müavini regionun həssaslığı nəzərə alınaraq, sözügedən şirkətin səhmlərinin satışının hökumət tərəfindən nəzarətdə saxlanılacağını, bu prosesin şəffaflığının təmin ediləcəyini bildirib.

O, qeyd edib ki, "Caucasus Online” hökumətin razılığı olmadan səhmlərinin 5 faizindən artığını ikinci tərəfə sata bilməz. Yəni alıcı seçimi zamanı hökumətin mövqeyi mütləq nəzərə alınmalıdır. Hökumət isə regiondakı bütün prosesləri, həssaslığı nəzərə alaraq, yalnız geniş ictimai müzakirələrdən sonra qərar qəbul edəcək.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol