• $
  • €
  • ₽
  • ₺
  • £

Vilayət Quliyev eks-naziri oğurluqda ittiham etdi: "Oğrudan oğruya halaldır"

Vilayət Quliyev eks-naziri oğurluqda ittiham etdi: "Oğrudan oğruya halaldır"
05.12.2019 12:15
Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, tənqidçi, ədəbiyyatşünas Vilayət Quliyev sabiq Rabitə naziri Nadir Əhmədovu onun araşdırma-yazısını oğurlamaqda ittiham edib.

Yeniavaz.com xəbər verir ki, səfir bu barədə sosial şəbəkədə məlumat paylaşıb. Keçmiş Xarici İşlər naziri bildirib ki, Nadir Əhmədov onun 2008-ci ildə "525-ci qəzetdə” çap olunan "Türk ordusunun azərbaycanlı generalları” adlı məqaləsini sərlövhəsini və bir sözünü də dəyişmədən əvvəlcə "İblis xislətli erməni” kitabında, daha sonra öz saytında yerləşdirib:

"Deyəsən, son illərdə əli maddi çax-çuxdan çıxan keçmiş həmkarım Nadir Əhmədov ixtiyar yaşında intellektual çapovulçuluğa girişib. İndi quqlda axtarış verəndə bir sətrini də yazmadığı uzun zəhmət və axtarışların bəhrəsi olan bu araşdırma-yazı Nadir müəllimin "əsəri” kimi təqdim olunur.

Məqalədə haqqında danışılan general-polkovnik Mehmet Nuri və ordu generalı Mahmud Berköz (Sarıkərimli) qardaşları əslən şəkili olduqları üçün yəqin Nadir müəllim elə hesab edir ki, bu mövzudan yazmaq başqa bölgədən olan bir kimsənin işi deyil, yalnız onun şəninə şayandır. Amma yeni peyda olmuş "qocaman ədib” heç olmazsa, köhnə şəkili kimi vətəninin övladlarından söz açan yazıya bir-iki məhəlli ştrix əlavə eləsəydi, yenə də dərd yarı idi.

Görünür, "oğrudan oğruya halaldır” prinsipi ilə hərəkət edən Ülviyyə Tahir qızı adlı bir xanım da eyni yazını başlığını da dəyişmədən "Xalq cəbhəsi qəzeti”ndə öz araşdırması kimi çap etdirib. Əcəb işdir! Adam bilmir qocasından rəncidə olsun, yoxsa cavanından incisin! Yəqin ki, ən salamat yolu oxucu sayını artırdıqlarına görə bu "müəlliflərə” təşəkkür etməkdir”.
Qeyd edək ki, V. Quliyev 1999-2004-cü illərdə Xarici İşlər naziri, N. Əhmədov isə 1997-2004-cü illərdə Rabitə naziri olub.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol