• $
  • €
  • ₽
  • ₺
  • £

Seçkiyə qədər deputatlar maaş alacaq? - AÇIQLAMA

Seçkiyə qədər deputatlar maaş alacaq? - AÇIQLAMA
05.12.2019 13:09
 Ötən gün Konstitusiya Məhkəməsi ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı qərarını açıqlayıb. 
Qərarda seçkilərin keçirilməsinin Konstitusiyaya uyğun olduğu bildirilib. 

Bu məqamda ictimaiyyəti maraqlandıran suallardan biri növbəti çağırışa qədər Milli Məclisin deputatlarının əməkhaqqı alması və toxunulmazlıq hüquqlarının saxlanılması ilə bağlıdır.
Anews.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, Milli Məclisin deputatı Vahid Əhmədov xatırladıb ki, Milli Məclisdə növbədənkənar seçki məsələsi müzakirə olunanda təklif edildi ki, müharibə aparan dövlət olaraq sabah müəyyən problemlər yarana bilər: "Buna görə də, səlahiyyət müddəti VI çağırışın ilk iclasına kimi uzadılsın. Yəqin  ki, Fərmanda bu məsələ öz əksini tapacaq. Çünki bu çox vacib məsələlərdən biridir”.

Milli Məclisin deputatı Fazil Mustafa isə Konstitusiya Məhkəməsinin qərarında bu məsələnin göstərildiyini bildirib: " Qərarda qeyd olunub ki, Milli Məclisin qanunvericilik fəaliyyəti istisna olmaqla, digər  bütün fəaliyyətləri saxlanılır. O cümlədən, hərbi rejim və fövqəladə hadisə zamanı qanun qəbul etmək, müharibə elan etmək imkanları qalır. Eyni zamanda, deputatların səlahiyyəti də növbəti parlamentin toplandığı günə kimi davam edir.  Buna görə də əmək haqqı almaq və toxunulmazlıq hüququ da olduğu kimi qalır”. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol