• $
  • €
  • ₽
  • ₺
  • £

Bu, baş verməsə, Qarabağda MÜHARİBƏ OLACAQ – Rusiyadan ŞOK XƏBƏRDARLIQ

Bu, baş verməsə, Qarabağda MÜHARİBƏ OLACAQ – Rusiyadan ŞOK XƏBƏRDARLIQ
07.12.2019 10:28
"2019-cu il Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında qaçırılmış il oldu. Qorxuram, tarix artıq neçənci dəfə eyni şeyi təkrarlasın”.
 
Publika.az xəbər verir ki, bu barədə rusiyalı ekspert Aleksey Fenenko deyib.
 
Onun sözlərinə görə, İrəvan Qarabağ münaqişəsinin nizama salınması prosesinə ikinci dərəcəli məsələləri daxil etməyə çalışır, xüsusilə humanitar məsələləri, etimad mühitinin formalaşdırılması kimi.

"Doğrudur, bu təəccüblü deyil. Son 30 ildə erməni tərəfi münaqişənin həlli ilə bağlı heç bir təklif irəli sürməyib. Azərbaycanın, Rusiyanın, ABŞ-ın və Fransanın təklifləri olub. Bu təklifləri tənqid etmək, müxtəlif cür şərh etmək olar, lakin erməni tərəfinin bütöv sənəd kimi heç bir təklifi yoxdur. Ermənistan Qarabağı danışıqlar masasına tərəf kimi qəbul etdirmək istəyir, hərçənd, bu, sülh prosesinin pozulması deməkdir. İstisna etmirəm ki, Paşinyan danışıqlar prosesini bloklamağa davam etmək üçün bunu masaya şərt kimi qoysun. Ermənistanın baş naziri əla bilir ki, Azərbaycan buna getməyəcək. Paşinyan da deyəcək ki, budur, bizim təklifimiz var, amma qəbul etmirlər”, – qeyd edib.
 
A.Fenenko qeyd edir ki, Ermənistan Moskvanın planını da alt-üst edir: "2016-cı ildə Rusiya ilkin addım kimi Qarabağ ətrafındakı rayonların qaytarılması ilə bağlı plan təklif etmişdi və hər iki tərəf buna razılaşdı. Paşinyan isə buna qarşı çıxır və iddia edir ki, masada heç bir sənəd yoxdur. Halbuki, o Ermənistanın baş naziri olaraq, əvvəlki razılaşmaların varisidir. Hesab edirəm ki, İrəvan bundan sonra da danışıqlar prosesini pozmaq üçün maksimum cəhd göstərəcək”.
Rusiyalı politoloq Qarabağda müharibə ehtimalını da istisna etmir.
 
"Lakin tərəflər hələ danışıq prosesini davam etdirəcəklər. Heç bir nəticənin əldə olunmadığı tam ortaya çıxanda, eskalasiya başlana bilər”, – o vurğulayıb.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol