• $
  • €
  • ₽
  • ₺
  • £

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar ekspert və işçi qrupları yaradılıb

Növbədənkənar parlament seçkiləri ilə əlaqədar ekspert və işçi qrupları yaradılıb
07.12.2019 14:49
Azərbaycanda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar olaraq Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində ekspert qrupu və işçi qrupu yaradılıb.
 
"Report” xəbər verir ki, bununla bağlı məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirə edilib.
 
İclasda ilk olaraq vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə MSK nəzdində ekspert qrupu yaradılması məsələsinə baxılıb.
 
Məsələ müzakirə edildikdən sonra səsverməyə qoyularaq təsdiq edilib.
 
Daha sonra isə imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi məsələsi müzakirə olunub.
Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Vəzifəli şəxslər hər il bəyannamə təqdim edəcək - Elçin Nəsibov
Siyasət 13:05
Vəzifəli şəxslər hər il bəyannamə təqdim edəcək - Elçin Nəsibov

Ceyhun Bayramov Hakan Fidanla görüşüb
Siyasət 12:31
Ceyhun Bayramov Hakan Fidanla görüşüb
Şəxsi maraqlar vaxtında bəyan edilməlidir - komitə sədri
Siyasət 12:29
Şəxsi maraqlar vaxtında bəyan edilməlidir - komitə sədri
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb
Siyasət 11:31
İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik ünvanlayıb

Ceyhun Bayramov Türkiyəyə səfər edib
Siyasət 11:20
Ceyhun Bayramov Türkiyəyə səfər edib
Mehriban Əliyeva Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
Siyasət 09:26
Mehriban Əliyeva Türkiyəni Cümhuriyyət Bayramı münasibətilə təbrik edib
İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Siyasət 22:02
İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
XİN İspaniyaya başsağlığı verib
Siyasət 19:01
XİN İspaniyaya başsağlığı verib

İlham Əliyev Çex Respublikasının Prezidentini təbrik edib
Siyasət 11:08
İlham Əliyev Çex Respublikasının Prezidentini təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol