• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “Kəlbəcər” adlı tanker istifadəyə veriləcək

Azərbaycanda “Kəlbəcər” adlı tanker istifadəyə veriləcək
16.12.2019 12:11
"Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunan "Kəlbəcər” adlı növbəti tankerin gələn il istifadəyə verilməsi gözlənilir.

Anews.az report-a istinadən xəbər verir ki, bu barədə tankerin sifarişçisi olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin QSC-nin (ASCO) mətbuat xidmətinin rəhbəri Mehman Mehdiyev məlumat verib.

O qeyd edib ki, "Kəlbəcər” adlı tankerin hazırlanması ilə Azərbaycanın bütün işğal olunmuş rayonlarının adlarının tankerlərə verilməsi başa çatacaq.
"Bu tanker də maksimum yüklə Volqa-Don kanalı ilə dünya sularında, həm də Xəzər dənizində hərəkət edəcək. Hazırda dünya sularında Azərbaycan bayrağı altında üzən 14 gəmimiz var. Onlardan 12-si quru yük gəmisi, 2-si isə tankerdir”.

M.Mehdiyev sözlərinə əlavə edib ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) "Laçın” tankerinin ilk sifarişi ilə bağlı danışıqlar aparır.
Onun sözlərinə görə, danışıqlardan asılı olaraq tankerin dünya sularında və yaxud Xəzər dənizində hərəkət etməsinə qərar veriləcək.

Xatırladaq ki, ASCO-nun sifarişi əsasında "Bakı Gəmiqayırma Zavodu” MMC-də inşa olunmuş "Laçın” tankerinin uzunluğu 141, eni 16.9 metrdir. 15 nəfərlik heyətə malik bu gəmi saatda 10 uzel sürətlə hərəkət edə bilir. Tanker xam neft və neft məhsulları daşınması üçün nəzərdə tutulmuş ümumi tutumu 9 212 kubmetr olan 6 yük tankına malikdir. Dedveyti dənizdə 7,875 ton olan tanker iki ədəd "Wartsila” istehsalı mühərriklə təchiz edilib.

"Laçın” tankeri nəinki Xəzərdə neft və neft məhsullarının daşınmasını, həmçinin Volqa-Don və Volqa-Balt kanalları ilə Xəzərdən kənar hövzələrə də maye yüklərin daşınmasını təmin edəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol