• $
  • €
  • ₽
  • ₺
  • £

Bu tələbələrin təqaüdü 20 faiz artırılıb - Nazir

Bu tələbələrin təqaüdü 20 faiz artırılıb - Nazir
16.12.2019 17:03
"2019-2020-ci akademik ili üçün Bakı Dövlət Universitetinə (BDU) dövlət hesabına bakalavr və magistratura səviyyəsinə 3823 nəfər tələbə qəbul olunub.
 
Yalnız 1 il ərzində burada 1110 nəfər dövlət hesabına oxuyan tələbələrin sayında artım var".
Anews.az xəbər verir ki, bunu BDU-nun 100 illiyi münasibətilə bu təhsil müəssisəsinin təltif olunan əməkdaşlarına dövlət təltiflərinin təqdimetmə mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov deyib.Onun sözlərinə görə, bu il akademik göstəricilərə çox ciddi təsir edən amil, yəni 110 min nəfər tələbəni əhatə edən təqaüd məbləğləri orta hesabla 20 faiz artırılıb:
 
"Eyni zamanda dövlət başçısı tərəfindən təqaüd yerlərinin 16 min vahid artırılması barədə qərar qəbul edilib. Həmin qərarda növbəti müddətlər üçün də çox konkret, spesifik hədəflər qoyulub. Belə ki, 2019-2020-ci akademik ilində ali təhsil sistemində ən azı 45 faiz, növbəti illərdə isə ən azı 50 faizdən az olmayan tələbənin təqaüd alması təsbit edilib".

Nazir bildirib ki, müəyyən kateqoriyalı, sosial cəhətdən qayğıya, dəstəyə ehtiyacı olan insanlar akademik göstəricilərindən asılı olmayaraq dövlət vəsaiti hesabına təhsil almaq hüququna malikdilər: "Bu kateqoriyadan olan I və II qrup əlil olan şəxslərin 2019-cu ildə akademik göstəricilərindən asılı olmayaraq dövlət vəsaiti təhsil almaq hüquqları təsbit edilib və yalnız bu dəyişiklik hesabına 2000-dən artıq azərbaycanlı tələbə dövlət hesabına təhsil almaq hüququ əldə edib"./Report

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol