• $
  • €
  • ₽
  • ₺
  • £

Vilayət Eyvazov 9 nəfəri vəzifəyə təyin etdi

Vilayət Eyvazov 9 nəfəri vəzifəyə təyin etdi
18.12.2019 12:32
Dekabrın 17-də Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin göndərişi ilə Rusiya Federasiyası DİN-in xüsusi ali təhsil müəssisələrində təhsillərini başa vuraraq ölkəmizə qayıtmış 9 məzuna "polis leytenantı” xüsusi rütbəsi verilməklə ixtisasları üzrə müvafiq vəzifələrə təyin olunmaları ilə əlaqədar əmr imzalayıb.

DİN-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə nazir, general-polkovnik Vilayət Eyvazov bildirib ki, ölkəmizin, eləcə də Rusiya DİN-in xüsusi ali təhsil müəssisələrinin məzunlarının vəzifələrə yerləşdirilməsi, ümumilikdə, gənc kadrların hazırlıq səviyyəsinin artırılması, onların peşəkarlığa, dövlətçiliyə, xidməti borca sədaqətə, işgüzarlığa görə vəzifədə irəli çəkilmələri, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi DİN rəhbərliyinin daim nəzarətdə saxladığı məsələlərdəndir.

Nazir vətəndaşlara xidmətin şərəfli bir vəzifə olduğunu, hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gərgin səyləri hesabına respublikamızda əmin-amanlığın yaradıldığını, cəmiyyət həyatının bütün sahələrində müşahidə edilən hərtərəfli inkişafın əsasında  ulu öndərimizin və möhtərəm Prezidentimizin qeyd etdikləri kimi, məhz sabitlik amilinin dayandığını, bu istiqamətdə əldə olunmuş uğurların dövlət başçısı tərəfindən hər zaman yüksək qiymətləndirildiyini gənc zabitlərin nəzərlərinə çatdırıb. 

General-polkovnik Vilayət Eyvazov onları ölkəmizin daxili işlər orqanlarında xidmətə başlamaları münasibəti ilə təbrik edərək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, daim polis adını uca tutmalarını, bilik və təcrübələrini artırmalarını, öz üzərlərində işləmələrini, müasir informasiya texnologiyalarının verdiyi üstünlüklərdən faydalanmalarını, vətəndaşların müraciətlərinə həssaslıqla və operativ şəkildə yanaşmalarını, fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını tövsiyə edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol