• $
  • €
  • ₽
  • ₺
  • £

ATƏT Missiyası seçki üçün Azərbaycana gəldi

ATƏT Missiyası seçki üçün Azərbaycana gəldi
19.12.2019 20:30
Milli Məclisdə növbədənkənar parlament seçkiləri ilə əlaqədar ölkəmizə səfərə gəlmiş ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Qiymətləndirilməsi Missiyası (EQM) ilə görüşlər keçirilib.

Milli Məclisdən Publika.az-a verilən məlumata görə, öncə missiya üzvləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri ilə görüşdülər. Komitənin sədri Əli Hüseynli qonaqlara məlumat verdi ki, əksər deputatlar Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət ediblər. Parlamentin müvafiq qərarının Azərbaycan Konstitusiyasına uyğunluğu Konstitusiya Məhkəməsində yoxlanılıb.

Daha sonra ölkə Prezidenti Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 4 dekabr tarixli qərarını nəzərə alaraq, beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və parlamentə növbədənkənar seçkilərin 2020-ci il fevralın 9-na təyin olunması barədə Sərəncam imzalayıb.

Sonra görüşdə Əli Hüseynli ATƏT DTHİB ilə əməkdaşlıq əlaqələrimizdən söz açdı, bu gün Azərbaycanda professional seçki administrasiyasının mövcud olduğunu dedi. EQM təmsilçilərinin nəzərinə çatdırdı ki, hazırkı Seçki Məcəlləsi ölkədə azad, ədalətli və şəffaf seçkilər keçirilməsinə tam imkan verir.

Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun baş seçki eksperti Aleksey Qromov Bakıya səfərin məramını açıqladıqdan sonra Milli Məclisin komitə sədri Əli Hüseynli və komitənin üzvü, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev seçki prosesi və qanunvericiliklə bağlı qonaqları maraqlandıran bütün suallara aydınlıq gətirdilər.

Görüşdə DTİHB-in seçki eksperti Radivoje Qrujiç, ATƏT PA-nın proqram və inzibati məsələlər üzrə məsul əməkdaşı Tim Knobjau iştirak edirdilər.

Sonra ATƏT DTİHB EQM-in nümayəndə heyəti Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşdü. Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun baş seçki eksperti Aleksey Qromov bu görüş üçün yaradılan şəraitə görə minnətdarlıq etdi. Siyasi partiyaların seçki prosesində nə kimi çətinliklərlə qarşılaşdığını öyrənmək istədiklərini bildirdi.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol