• $
  • €
  • ₽
  • ₺
  • £

Şəmkir İcra Hakimiyyətindən sosial şəbəkələrdə yayılan fotoya REAKSİYA

Şəmkir İcra Hakimiyyətindən sosial şəbəkələrdə yayılan fotoya REAKSİYA
20.12.2019 21:57
Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun yaşlı qadının əlindən öpdüyü fotoya görə sosial şəbəkələrdə yaranmış müzakirə ilə bağlı rəsmi açıqlama verilib.

Anews.az xəbər verir ki, Şəmkir rayon İcra Hakimiyyətindən verilən məlumata görə, həmin foto 1992-ci ildə Laçın rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuş Cəfərov Tofiq Məhərrəm oğlunun ailəsinə baş çəkilən zaman çəkilib.

"Həmin gün şəhidin məzarı ziyarət edilib, ailəsinə baş çəkilib, onların problemləri ilə maraqlanılıb. Görüşdə Şəmkir rayon icra hakimiyyətinin başçısı şəhid anası, Cəfərova Lyuda Feafovnanın əlindən öpüb. Hər bir ölkə vətəndaşı kimi icra başçısının da şəhid anasının əlindən öpməsi normal haldır. Bunun müzakirəyə çıxarılması gərəksizdir və bu hal ilk dəfə deyil ki, yaşanır.
 
Cənab başçı əvvəllər də Aprel döyüşləri zamanı şəhid olan övladlarımızın ailələrinə baş çəkib, özünü o anaların övladı hesab edərək həmin yaşlı şəhid analarının əlindən öpüb. 

Şəmkir rayon icra hakimiyyətinin başçısı onlarla bir rayon rəhbəri kimi yox bir oğul kimi davranıb və özünü həmin ailədən hesab edərək öz anası kimi həmin analara hörmətlə yanaşıb və özünü bir şəhid anasının ovladı sayaraq onların əlindən öpüb. Hər bir şəhid anası bilir ki, Alimpaşa Məmmədov onlar üçün tək rayon rəhbəri yox, həm də bir övladıdır. Yəni bu cür davranış heç bir fərqli məqsəd daşımır sadəcə böyüyə, şəhid valideyninə olan hörmətdir. Onu da bildirək ki, Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədov hətta vətəndaş görüşləri zamanı hər bir vətəndaşı səmimi şəkildə qəbul edir, onları bir dost kimi bir yaxınları kimi dinləyir, problemlərilə maraqlanır”.

Qeyd edək ki, Ağstafa rayon icra hakimiyyətinin başçısı və onun birinci müavinin saxlanılması haqda yayılan məlumatlardan sonra sosial şəbəkələrdə Şəmkir rayon icra hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun yaşlı qadının əlindən öpdüyü foto müzakirələrə səbəb olub. /report

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol