• $
  • €
  • ₽
  • ₺
  • £

Korrupsiya başında tutulan icra başçısının hüquq sistemində çalışan oğlanlarını nə gözləyir?

Korrupsiya başında tutulan icra başçısının hüquq sistemində çalışan oğlanlarını nə gözləyir?
21.12.2019 10:25
"Korrupsiyada ittiham olunan icra başçısının cinayət işinə hakim oğlu baxa bilməz”.

Yeniavaz.com xəbər verir ki, bu sözləri Modern.az-a "Konstitusiya” Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev söyləyib. O, Cinayət Məcəlləsinin 41-ci maddəsinin ilk bəndini xatırladıb:

"Maddəyə görə, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət cəzası törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və fərdi xarakter daşıyır. Bu baxımdan, Nizaməddin Quliyevin cinayət əməlinə görə övladlarının məsuliyyətə cəlb edilməsi, yaxud vəzifədən azad edilməsi qanuni deyil.

Sovet dövründə isə belə deyildi. Vəzifəli şəxs korrupsiya kimi ağır ittihamla məsuliyyətə cəlb olunsa, onun ailə üzvləri, yaxınları da eyni aqibəti yaşayırdı. İndi isə qanunvericilik buna icazə vermir”.

Ə. Nuriyev onu da qeyd edib ki, hüquq sistemində çalışan hər hansı şəxsin yaxın qohumları məsuliyyətə cəlb olunursa, həmin vəzifəlilər cinayət işinə baxa bilməz:

"Belə hallarda subyektivlik olmasın deyə, hakim və ya digər məsul şəxs cinayət prosesindən uzaqlaşdırılır. Çünki onlar birbaşa təsir etmək imkanlarına malikdirlər. Bütün məsələlərdə qanunun aliliyi təmin olunmalıdır”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol