• $ 1.7
  • € 1.9409
  • ₽ 0.021107
  • ₺ 0.0418
  • £ 2.2433

Keçmiş nazirin xalası qızı da deputatığa namizəd oldu

Keçmiş nazirin xalası qızı da deputatığa namizəd oldu
28.12.2019 20:27
Yeni Azərbaycan Partiyasnın (YAP) deputatlığa namizədlər siyahısında 75 yeni sima var.

Bizimyol.info-nun xəbərinə görə, həmin şəxslərin heç biri V çağırış Milli Məclisə seçkilərdə deputat olmayıblar.

YAP-ın ilk dəfə deputatlığa namizəd olan üzvlərinin bəziləri barədə məlumatları təqdim edirik:

7 saylı Ordubad-Culfa Seçki Dairəsindən namizəd Cəbi Quliyev Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının Gənclər Birliyinin sədri, bir ildən artıqdır eyni zamanda Naxçıvan Gənclər Fondunun icraçı direktorudur.

8 saylı Binəqədi birinci seçki dairəsindən namizədliyi irəli sürülən Əliyarlı Kubra Məhəmməd qızı YAP-ın Binəqədi Rayon Təşkilatının İdarə Heyətinin üzvüdür. 32 yaşlı xanım namizəd Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin məzunudur. O, 2006-2010-cu illərdə "Səs” qəzetində müxbir vəzifəsində çalışıb.
 
 

46 saylı Şirvan seçki dairəsindən namizəd Quliyev Azər Əli oğlu 2015-ci ildən Milli Məclisdə çalışır. YAP-ın Gənclər Təşkilatının fəallarından olan A.Quliyev 1986-cı il təvəllüdlüdür.
 
 

32 saylı Suraxanı üçüncü seçki dairəsindən namizəd Həsənova Afət Əbil qızı Suraxanı rayon icra hakimiyyəti başçısının müavinidir. Onun bu günlərdə rayonun Hövsan qəsəbəsində, E.Qasımov küçəsi 18 ünvanındakı binanın yanında özünə ikimərtəbəli kommersiya binası tikdirməsi ilə bağlı xəbər yayılmışdı.
Afət Həsənova 2015-ci ildə Quba rayonundan deputatlığa namizədliyini irəli sürmüşdü. O, sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızıdır.

61 saylı Neftçala seçki dairəsindən namizəd YAP Neftçala rayon Təşkilatı Qadınlar Şurasının sədri , Neftçala rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sadıqova Gültəkin Zakir qızıdır.

Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin direktoru işləyən Səyalə Şahbazova 66 saylı Biləsuvar seçki dairəsindən Milli Məclisə deputatlığa namizəd göstərilib.

84 saylı Füzuli seçki dairəsindən namizədliyi irəli sürülən Məmmədova Svetlana Gəray qızı Füzuli rayonunun 2 nömrəli orta məktəbin direktorudur.
88 saylı Göyçay seçki dairəsindən Hacıyeva Ləman Amil qızı Göyçay rayon Mərkəzi Xəstəxanasının həkimidir.

Tovuz rayon təhsil şöbəsinin baş məsləhətçisi Hüseynova Məhəbbət Müsəllim qızının namizədliyi 105 sayı Tovuz seçki dairəsindən Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüşdür.
114 saylı Şəki kənd birinci seçki dairəsindən namizəd İsmayılova Südabər Şöyüb qızı Şəki Rayon Təhsil Şöbəsinin müdiridir.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol