• $
  • €
  • ₽
  • ₺
  • £

Qadın fermerlərin aqrar sığorta barədə məlumatlandırılması məqsədilə görüş keçirilib

Qadın fermerlərin aqrar sığorta barədə məlumatlandırılması məqsədilə görüş keçirilib
04.08.2025 15:26

Aqrar Sığorta Fondu (ASF) və Azərbaycan Kənd Qadınları Assosiasiyası arasında “Azərbaycanda qadın fermerlər və aqrar sığorta” mövzusunda onlayn görüş keçirilib.

Görüşdə ASF və “Aqrar Sığorta” Müştərək Sığorta Şirkəti ASC-nin nümayəndələri, Assosiasiyanın rəhbərliyi və müxtəlif rayonlardan (Bakı, Balakən, Qax, Zaqatala, Ağdam və s.) qadın fermerlər iştirak edib.

ASF İdarə Heyətinin üzvü Roman Əmircanov görüş zamanı aqrar sığorta mexanizmi, əhatə dairəsi və tətbiq sahələri barədə məlumat verib. Bildirilib ki, 2019-cu il 19 avqust tarixli prezident fərmanı ilə tətbiq edilən sistem bitkiçilik, heyvandarlıq və balıqçılıq sahələrini əhatə edir. Hazırda 41 növ bitki, iri və xırda buynuzlu heyvanlar sığortalanır.

Təqdimatda qeyd olunub ki, aqrar sığorta fermerləri təbii fəlakətlər, fırtına, yanğın, sel, şaxtavurma, vəhşi heyvanların hücumu və digər risklərdən qoruyur. Sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.

Qadın fermerlər görüşdə torpaq sahələrinin sənədləşməsi, sığortanın əhatə dairəsi və əvvəlki ödənişlər barədə suallar səsləndirib. Məlumat verilib ki, hazırda bağlanan sığorta müqavilələrinin 9%-i qadın fermerlərə məxsusdur və bu göstərici artmaqdadır. İndiyədək 200-ə yaxın qadın fermer ASF-dən sığorta ödənişi alıb.

Arıçılıq və quşçuluq təsərrüfatlarının sığortalanması ilə bağlı da müvafiq layihənin hazırlandığı və gələcəkdə bu sahələrin də əhatə olunmasının planlaşdırıldığı bildirilib.

Aqrar sığorta məhsulları, şərtlər və tariflər barədə ətraflı məlumat ASF-nin rəsmi veb səhifəsi və sosial media kanalları vasitəsilə, həmçinin 1651 nömrəsi ilə əldə edilə bilər.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir
Cəmiyyət 13:45
AYİB: Sənaye zonaları ekosistemlərə çevrilir

Bu marşrutların hərəkət sxemidəyişdirilib
Cəmiyyət 13:13
Bu marşrutların hərəkət sxemidəyişdirilib
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib
Cəmiyyət 12:29
Əli Kərimlinin cinayət işi üzrə istintaq bitib

Sabah 32 dərəcəisti olacaq
Cəmiyyət 12:27
Sabah 32 dərəcəisti olacaq
Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları 30% artıb - nazir
Cəmiyyət 11:48
Özbəkistanın Azərbaycan üzərindən yükdaşımaları 30% artıb - nazir


Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Cəmiyyət 11:07
Lənkəranda 3 yaşlı uşağın atalığı tərəfindən döyülüb
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov
Cəmiyyət 09:57
Çin və Yaponiya şirkətləri Qarabağda istehsal imkanları ilə maraqlanır - Emin Hüseynov


Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Cəmiyyət 09:48
Yol polisi dəyişkən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Cəmiyyət 09:22
Quba və Qusarda yağış yağıb - faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol