• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan-Türkmənistan parlamentlərarası əməkdaşlığı müzakirə olunub

Azərbaycan-Türkmənistan parlamentlərarası əməkdaşlığı müzakirə olunub
25.09.2026 11:45

Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov Türkmənistan Məclisinin sədr müavini Qahraman Roziyev və Türkmənistan–Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun sədri Annamuhammet Sarcayev ilə görüşüb.

Azərbaycanın Türkmənistandakı səfirliyindən verilən xəbərə görə, görüşdə Azərbaycan və Türkmənistan arasında qardaşlıq münasibətlərinin, eləcə də strateji tərəfdaşlığın müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirilib. Azərbaycan və türkmən xalqları arasında mövcud olan tarixi, mədəni, etnik, dil və dini ortaqlıqların ikitərəfli münasibətlərin möhkəm təməlini təşkil etdiyi diqqətə çatdırılıb.

Son dövrlər Azərbaycan–Türkmənistan münasibətlərinin inkişaf dinamikasının məmnunluq doğurduğu bildirilib. Bu xüsusda, 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana səfəri, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərləri, habelə yüksək səviyyəli qarşılıqlı təmasların ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə mühüm töhfə verdiyi qeyd olunub.

Həmçinin 22–23 iyun 2026-cı il tarixlərində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfərinin əhəmiyyəti vurğulanıb. Səfər çərçivəsində Azərbaycan və Türkmənistan prezidentləri tərəfindən Birgə Bəyanatın və müxtəlif sahələri əhatə edən sənədlərin imzalanmasının ikitərəfli əməkdaşlığın hüquqi bazasının daha da genişləndirilməsi baxımından əhəmiyyətli olduğu bildirilib.

Görüşdə parlamentlərarası əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Parlament sədrləri və deputatlar, eləcə də parlamentlərarası dostluq qrupları səviyyəsində qarşılıqlı səfərlərin, görüşlərin və birbaşa təmasların artırılmasının iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət etdiyi vurğulanıb. 

2022-ci ildə Aşqabadda iki ölkənin parlamentləri arasında əməkdaşlığa dair Memorandumun imzalanmasının parlamentlərarası əlaqələrin institusional əsaslarının möhkəmləndirilməsi baxımından mühüm addım olduğu bildirilib. Eləcə də 2025-ci il 16 iyul tarixində Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri cənab Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində Azərbaycan Milli Məclisinin sədri xanım Sahibə Qafarova ilə görüşünün parlamentlərarası münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Həmçinin 2025-ci ildə Azərbaycan Milli Məclisinin sədri xanım Sahibə Qafarovanın Avazada LLDC3 çərçivəsində Parlamentlərarası Forumda iştirakı və Türkmənistan Məclisinin sədri xanım Dünyagözəl Qulmanova ilə görüşünün parlamentlərarası əlaqələrin inkişafına mühüm töhfə verdiyi qeyd olunub. Eyni zamanda, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova arasında 14 may 2026-cı il tarixində Buxarada keçirilmiş görüşün parlamentlərarası münasibətlərin inkişafına verdiyi töhfə diqqətə çatdırılıb.

Tərəflər, həmçinin Azərbaycan və Türkmənistan parlamentlərinin regional və beynəlxalq parlament platformaları çərçivəsində əməkdaşlığını, məsləhətləşmələrin davam etdirilməsini və qarşılıqlı dəstəyin göstərilməsi məsələlərini müzakirə ediblər.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Siyasət 12:55
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol