• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev: Azərbaycanın qeyri-neft ixracı 2020-ci ildən bəri iki dəfə artıb

İlham Əliyev: Azərbaycanın qeyri-neft ixracı 2020-ci ildən bəri iki dəfə artıb
25.09.2026 10:15

Azərbaycanın qeyri-neft ixracı 2020-ci ildən bəri iki dəfə, qeyri-neft sənayesi isə 1,5 dəfə artıb. Bunu Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciətində bildirib.

Baş nazirin müavini Samir Şərifovun səsləndirdiyi müraciətdə qeyd olunub ki, 2020-ci ildən qeyri-neft sektorunda real ümumi daxili məhsulun orta illik artımı 5% təşkil edib.

“Nəticədə, 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72%-ə çatıb”, - müraciətdə deyilir.

Əliyev iqtisadiyyatın şaxələndirilməsinin Azərbaycanın strateji məqsədlərinin əsasını təşkil etdiyini, qeyri-neft sektorunun isə iqtisadi artımın başlıca hərəkətverici qüvvəsinə çevrildiyini bildirib.

Onun sözlərinə görə, ölkənin makroiqtisadi sabitliyi, nəqliyyat-logistika imkanları, iqtisadi zonalardakı infrastrukturu, vergi və gömrük güzəştləri, dövlət-özəl tərəfdaşlığı mexanizmləri investorlar üçün yeni imkanlar yaradır.

Prezident qeyri-neft sektoruna xarici investisiyaların artmasının istehsal, ticarət, energetika, rəqəmsal transformasiya, süni intellekt və qabaqcıl texnologiyalar sahələrində Azərbaycanın qlobal dəyər zəncirlərinə inteqrasiyasını sürətləndirdiyini qeyd edib.

Müraciətdə bildirilib ki, “Fitch” və “Moody’s” Azərbaycanın suveren kredit reytinqini investisiya səviyyəsinə yüksəldib, proqnozları müvafiq olaraq “sabit” və “müsbət” müəyyən edib. Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci ilin sonunda ÜDM-in 110%-ni ötüb.

Əliyev həmçinin Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini, Orta Dəhliz və formalaşmaqda olan Zəngəzur dəhlizinin ölkənin regional nəqliyyat qovşağı kimi rolunu gücləndirəcəyini bildirib.

O əlavə edib ki, Azərbaycan ənənəvi enerji ixracı ilə yanaşı, yaşıl enerji dəhlizlərinin yaradılması və bərpa olunan enerjinin regional bazarlara inteqrasiyası istiqamətində layihələr həyata keçirir.
Prezident istehsal, nəqliyyat və logistika, bərpa olunan enerji, rəqəmsal texnologiyalar, kənd təsərrüfatı, qida emalı və turizm infrastrukturunu, həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işlərini potensial investisiya sahələri kimi göstərib.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zəfər Günü 5 şəhərdə hərbi orkestrlərin müşayiəti ilə yürüş keçiriləcək
Siyasət 11:39
Zəfər Günü 5 şəhərdə hərbi orkestrlərin müşayiəti ilə yürüş keçiriləcək
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Siyasət 10:01
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Sahibə Qafarova Qazaxıstana səfər edib
Siyasət 18:48
Sahibə Qafarova Qazaxıstana səfər edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Siyasət 18:32
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
Siyasət 16:51
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Siyasət 15:49
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 13:12
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
Siyasət 11:49
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 10:26
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol