Azərbaycanda bir gündə 67 şübhəli saxlanılıb, 99 nəfər axtarışdan tutulub

Noyabrın 5-də Azərbaycanda cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb, axtarışda olan 99 şəxs, o cümlədən borclu qismində axtarılan 72 nəfər tutulub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
Həmçinin narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
Saxlanılan axtarışda olan şəxslər aidiyyəti üzrə təhvil verilib.
























