• $
  • €
  • ₽
  • ₺
  • £

Şirinləşdirilmiş içkilərə litri 10 qəpik aksiz təklif olunur

Şirinləşdirilmiş içkilərə litri 10 qəpik aksiz təklif olunur
06.11.2026 09:38

Azərbaycanda şirinləşdirilmiş mineral və qazlı içkilərin yerli istehsalına hər litr üçün 10 qəpik aksiz vergisinin tətbiqi təklif olunur. Həmçinin bu məhsulların aksizli mallar və aksiz markası ilə markalanmalı məhsulların siyahısına daxil edilməsi nəzərdə tutulur.

Təklifin əsaslandırılmasında bildirilir ki, aksiz vergisinin tətbiqi şəkərli içkilərin istehlakının azaldılmasına, sağlam qida seçimlərinin təşviqinə və piylənmə, diabet kimi qeyri-infeksion xəstəliklərin qarşısının alınmasına xidmət edə bilər.

Ümumdünya Səhiyyə Təşkilatı şəkər tərkibli içkilərin istehlakını azaltmaq məqsədilə bu məhsullara vergi tətbiqini üzv dövlətlərə tövsiyə edir.

Əsaslandırmada qeyd olunur ki, aksiz markalanması məhsulların dövriyyəsinə nəzarəti asanlaşdırmaqla qeyri-qanuni istehsal və idxalın qarşısının alınmasına da imkan yarada bilər. Vergi nəticəsində büdcəyə daxil olacaq əlavə vəsaitlərin səhiyyə və maarifləndirmə proqramlarının maliyyələşdirilməsinə yönəldilməsi də təklifin gözlənilən təsirləri sırasında göstərilir.

Beynəlxalq təcrübə

Əsaslandırmada bildirilir ki, Latviya, Macarıstan, Fransa, Portuqaliya, Böyük Britaniya və İrlandiya daxil olmaqla bir sıra Avropa ölkələrində şəkər və ya digər dadlandırıcılar olan alkoqolsuz içkilərə aksiz və ya xüsusi vergi tətbiq edilir. Verginin məbləği bəzi ölkələrdə içkinin tərkibindəki şəkər və süni dadlandırıcıların miqdarından asılı olaraq müəyyənləşdirilir.

Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında isə şəkər və ya digər dadlandırıcılar əlavə edilmiş sulara və alkoqolsuz içkilərə satış qiyməti əsasında aksiz vergisi tətbiq olunur.

Araşdırmaya əsasən, Danimarka, Norveç, Macarıstan, Keniya, Kolumbiya və Meksikada da şəkər, duz və doymuş yağ kimi maddələrin yüksək miqdarda olduğu qida məhsullarına xüsusi vergi mexanizmləri mövcuddur. Məsələn, Kolumbiyada 2023-cü il noyabrın 1-dən sənaye üsulu ilə hazırlanmış, əlavə şəkər, natrium və ya doymuş yağ tərkibi yüksək olan məhsullara “ultra-emal olunmuş yeyilə bilən məhsullara vergi” tətbiq edilir. Bu vergi istehsalçı və idxalçılar tərəfindən məhsulların satış qiyməti əsasında ödənilir.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda dələduzluqda ittiham olunan şəxs Almaniyadan ekstradisiya edilib
Cəmiyyət 10:18
Azərbaycanda dələduzluqda ittiham olunan şəxs Almaniyadan ekstradisiya edilib
Azərbaycanda bir gündə 67 şübhəli saxlanılıb, 99 nəfər axtarışdan tutulub
Cəmiyyət 10:15
Azərbaycanda bir gündə 67 şübhəli saxlanılıb, 99 nəfər axtarışdan tutulub
“Omid” mağazalar şəbəkəsinin rəhbəri və satış müdiri həbs edilib
Cəmiyyət 09:58
“Omid” mağazalar şəbəkəsinin rəhbəri və satış müdiri həbs edilib
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Cəmiyyət 23:54
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
Sabah bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:09
Sabah bu ərazilərdə işıq olmayacaq
Gömrük Komitəsi noyabrın 9-u və 10-da növbəli iş rejimində olacaq
Cəmiyyət 20:56
Gömrük Komitəsi noyabrın 9-u və 10-da növbəli iş rejimində olacaq
Ağdaşın bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq
Cəmiyyət 19:30
Ağdaşın bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq
"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib
Cəmiyyət 18:04
"İçərişəhər" stansiyasında "Zəfər arzuları" sosial aksiya təşkil edilib
Elvin Hacıyev Səhiyyə Nazirliyindəki işindən ayrılıb
Cəmiyyət 17:58
Elvin Hacıyev Səhiyyə Nazirliyindəki işindən ayrılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol