• $
  • €
  • ₽
  • ₺
  • £

Taksi sürücülərinin gəlirlərinə 1 faiz sadələşdirilmiş vergi tətbiqi təklif olunur

Taksi sürücülərinin gəlirlərinə 1 faiz sadələşdirilmiş vergi tətbiqi təklif olunur
06.11.2026 11:06

Azərbaycanda taksi sifarişi operatorları vasitəsilə sərnişindaşıma fəaliyyəti göstərən vergi ödəyicilərinin operatorlar tərəfindən ödənilən gəlirlərindən 1% dərəcə ilə sadələşdirilmiş vergi tutulması təklif olunur.

Təklifə əsasən, vergitutma obyekti nəqliyyat vasitəsi deyil, sürücünün əldə etdiyi gəlir olacaq. Vergi taksi sifarişi operatorları tərəfindən sürücülərə ödənilən məbləğ əsasında hesablanacaq.

Təklifin əsaslandırılmasında bildirilir ki, hazırda taksi fəaliyyəti üzrə sadələşdirilmiş vergi regionlar üzrə müəyyən edilmiş sabit məbləğlər əsasında, nəqliyyat vasitəsi vergitutma obyekti götürülməklə ödənilir.

Qeyd olunur ki, mövcud sistem fəaliyyətin faktiki həcmini və sürücünün gəlirini nəzərə almır. Nəticədə taksi fəaliyyəti ilə tam iş günü məşğul olan sürücülərlə əlavə gəlir əldə etmək üçün məhdud müddətdə çalışan şəxslər eyni məbləğdə vergi ödəyirlər.

Yeni mexanizmin gəlirlərə uyğun vergitutmanı təmin edəcəyi, sürücülərin inzibati yükünü azaldacağı, nağdsız ödənişləri təşviq edərək şəffaflığı artıracağı və kölgə iqtisadiyyatının məhdudlaşdırılmasına kömək edəcəyi bildirilir.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Aqrar sahədə uçotun olmaması kölgə iqtisadiyyatının əsas səbəblərindəndir - deputat
Cəmiyyət 12:09
Aqrar sahədə uçotun olmaması kölgə iqtisadiyyatının əsas səbəblərindəndir - deputat
Deputat kuryerlər üçün 1%-lik vergi rejiminin tətbiqini təklif edir
Cəmiyyət 12:02
Deputat kuryerlər üçün 1%-lik vergi rejiminin tətbiqini təklif edir
DYP bayram günlərində sürücülərə müraciət edib
Cəmiyyət 11:17
DYP bayram günlərində sürücülərə müraciət edib
Ölkədaxili yükdaşıma ilə məşğul olanlara 8%-lik sadələşdirilmiş vergi tətbiqi təklif olunur
Cəmiyyət 11:10
Ölkədaxili yükdaşıma ilə məşğul olanlara 8%-lik sadələşdirilmiş vergi tətbiqi təklif olunur
Gözəllik xidmətlərinə nağd ödənişlər üzrə 8% vergi təklif edilir
Cəmiyyət 11:08
Gözəllik xidmətlərinə nağd ödənişlər üzrə 8% vergi təklif edilir
Turizm fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün 5 illik vergi güzəşti təklif edilir
Cəmiyyət 11:04
Turizm fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün 5 illik vergi güzəşti təklif edilir
Dərmanları Tarif Şurasının qiymətindən ucuz satanlara yeni vergi qaydası tətbiq oluna bilər
Cəmiyyət 10:40
Dərmanları Tarif Şurasının qiymətindən ucuz satanlara yeni vergi qaydası tətbiq oluna bilər
Azərbaycanda dələduzluqda ittiham olunan şəxs Almaniyadan ekstradisiya edilib
Cəmiyyət 10:18
Azərbaycanda dələduzluqda ittiham olunan şəxs Almaniyadan ekstradisiya edilib
Azərbaycanda bir gündə 67 şübhəli saxlanılıb, 99 nəfər axtarışdan tutulub
Cəmiyyət 10:15
Azərbaycanda bir gündə 67 şübhəli saxlanılıb, 99 nəfər axtarışdan tutulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol