• $
  • €
  • ₽
  • ₺
  • £

Dərmanları Tarif Şurasının qiymətindən ucuz satanlara yeni vergi qaydası tətbiq oluna bilər

Dərmanları Tarif Şurasının qiymətindən ucuz satanlara yeni vergi qaydası tətbiq oluna bilər
06.11.2026 10:40

Azərbaycanda dərman vasitələrinin Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərin yuxarı həddindən aşağı satılması zamanı vergitutma məqsədləri üçün bazar qiymətinin hesablanması qaydasının dəyişdirilməsi təklif olunur. Bununla bağlı Vergi Məcəlləsinin 14.10-cu maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulur.

Dəyişikliyin əsas məqsədi dərmanların Tarif Şurasının müəyyən etdiyi qiymətdən daha ucuz satıldığı hallarda vergitutma zamanı faktiki bazar qiymətinin nəzərə alınmasını təmin etməkdir.

Təklifin əsaslandırılmasında bildirilir ki, “Dərman vasitələri haqqında” qanuna 2023-cü il avqustun 15-dən qüvvəyə minən dəyişikliklərlə dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin yuxarı həddi müəyyən edilib. Tarif (qiymət) Şurasının 2023-cü il sentyabrın 15-də qəbul etdiyi qərarla təsdiqlənən topdansatış və pərakəndə satış qiymətləri də yuxarı hədd kimi müəyyənləşdirilib. Bu isə dərmanların həmin qiymətlərdən aşağı satılmasına imkan verir.

Əvvəlki qaydalara əsasən, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin tənzimlənmədən və ya müəyyən edilmiş qiymətlərdən yuxarı satılması qadağan idi.

Hazırda Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən, Tarif (qiymət) Şurası tərəfindən qiymətləri tənzimlənən mallar təqdim edilərkən və alınarkən vergitutma məqsədləri üçün bazar qiyməti tətbiq olunduqda Şuranın müəyyən etdiyi qiymətlər əsas götürülür.

Təklifdə qeyd olunur ki, dərman vasitələri Şuranın müəyyən etdiyi yuxarı həddən aşağı qiymətə satıldıqda bazar qiyməti Vergi Məcəlləsinin 14.3.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla müəyyən edilməlidir. Bu səbəbdən 14.10-cu maddənin təkmilləşdirilməsi zəruri hesab olunur.

Gülnar NazimqızıMüəllifGülnar NazimqızıBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
DYP bayram günlərində sürücülərə müraciət edib
Cəmiyyət 11:17
DYP bayram günlərində sürücülərə müraciət edib
Ölkədaxili yükdaşıma ilə məşğul olanlara 8%-lik sadələşdirilmiş vergi tətbiqi təklif olunur
Cəmiyyət 11:10
Ölkədaxili yükdaşıma ilə məşğul olanlara 8%-lik sadələşdirilmiş vergi tətbiqi təklif olunur
Gözəllik xidmətlərinə nağd ödənişlər üzrə 8% vergi təklif edilir
Cəmiyyət 11:08
Gözəllik xidmətlərinə nağd ödənişlər üzrə 8% vergi təklif edilir
Taksi sürücülərinin gəlirlərinə 1 faiz sadələşdirilmiş vergi tətbiqi təklif olunur
Cəmiyyət 11:06
Taksi sürücülərinin gəlirlərinə 1 faiz sadələşdirilmiş vergi tətbiqi təklif olunur
Turizm fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün 5 illik vergi güzəşti təklif edilir
Cəmiyyət 11:04
Turizm fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün 5 illik vergi güzəşti təklif edilir
Azərbaycanda dələduzluqda ittiham olunan şəxs Almaniyadan ekstradisiya edilib
Cəmiyyət 10:18
Azərbaycanda dələduzluqda ittiham olunan şəxs Almaniyadan ekstradisiya edilib
Azərbaycanda bir gündə 67 şübhəli saxlanılıb, 99 nəfər axtarışdan tutulub
Cəmiyyət 10:15
Azərbaycanda bir gündə 67 şübhəli saxlanılıb, 99 nəfər axtarışdan tutulub
“Omid” mağazalar şəbəkəsinin rəhbəri və satış müdiri həbs edilib
Cəmiyyət 09:58
“Omid” mağazalar şəbəkəsinin rəhbəri və satış müdiri həbs edilib
Şirinləşdirilmiş içkilərə litri 10 qəpik aksiz təklif olunur
Cəmiyyət 09:38
Şirinləşdirilmiş içkilərə litri 10 qəpik aksiz təklif olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol