“Azeri Light” neftinin qiyməti 106,84 dollara yüksəlib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,03 dollar və ya 0,03% artaraq 106,84 dollara çatıb.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 95,98 dollar təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” neftinin bir barelinin qiyməti isə 1,7 dollar və ya 1,7% artaraq 101,6 dollara yüksəlib.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar götürülüb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.
Azərbaycanda bu markalı neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 35,3% təşkil edir.
























