Sabah bu ərazilərdə işıq olmayacaq

Təmir işləri ilə əlaqədar noyabrın 6-da Bakının Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə hər iki rayonun xidmət ərazilərindəki bir sıra transformator məntəqələrində təmir işləri aparılacaq.
Belə ki, Yasamal rayonunda saat 10:00-dan 13:00-dək Mikayıl Müşfiq və Şəfayət Mehdiyev küçələrinin bir hissəsində, Nizami rayonunda isə Əli Vəliyev küçəsi, 16 ünvanında saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi dayandırılacaq.
Qeyd olunub ki, işlər elektrik enerjisinin keyfiyyətinin yüksəldilməsinə və artan tələbatın qarşılanmasına xidmət edir.
























