Azərbaycanın Böyük Britaniya ilə ticarəti 4 dəfəyədək artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Böyük Britaniya arasında ticarət əməliyyatlarının həcmi 3,721 milyard ABŞ dolları təşkil edib, bu 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 2,765 milyard ABŞ dolları və ya 3,9 dəfə çoxdur. Bu barədə Dövlət Gömrük komitəsi məlumat yayıb.
Hesabat dövründə Böyük Britaniya ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 10%-i həcmində olub. Bununla da Böyük Britaniya Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.
Cari ilin yanvar-sentyabrında Azərbaycandan Böyük Britaniyaya 3,483 milyard dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,242 milyard ABŞ dolları və ya təqribən 14,4 dəfə çoxdur.
İxrac əməliyyatlarının 3,483 milyard dolları qeyri-neft məhsullarının payına düşüb. Bununla da Böyük Britaniya Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr sırasında ilk pillədə qərarlaşıb.
Hesabat dövründə Azərbaycan sözügedən ölkədən 237,839 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 476,5 milyon ABŞ dolları və ya 3 dəfə azalma deməkdir.
Ümumilikdə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumi dəyəri 37,210 milyard ABŞ dolları olan ticarət əməliyyatları həyata keçirib. Azərbaycanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 1,836 milyard ABŞ dolları və ya 5,2 faiz artıb.
























