• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda strateji investisiyalar üzrə xüsusi komissiya yaradılıb - nazir

Azərbaycanda strateji investisiyalar üzrə xüsusi komissiya yaradılıb - nazir
25.09.2026 10:34

Azərbaycanda strateji investisiya layihələrinin icrasını sürətləndirmək üçün xüsusi komissiya yaradılıb

Azərbaycanda strateji investisiya layihələrinin icrasını sürətləndirmək və dövlət qurumları arasında koordinasiyanı gücləndirmək üçün xüsusi komissiya yaradılıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.


“Baş nazirin müavininin rəhbərlik etdiyi xüsusi komissiya strateji investisiya layihələrinin icrasını sürətləndirir və dövlət qurumları arasında əlaqələndirmə məsələlərinə çevik reaksiya verir”, - Cabbarov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışında deyib.


Onun sözlərinə görə, hökumət investisiya sazişlərinin əldə olunması ilə onların icrası arasındakı müddəti qısaltmağa çalışır.

Cabbarov bildirib ki, Azərbaycanın siyasi və makroiqtisadi sabitliyi, nisbətən aşağı dövlət borcu və böyük maliyyə ehtiyatları investorların uzunmüddətli qərarları üçün proqnozlaşdırıla bilən mühit yaradır.

O əlavə edib ki, ölkədə fəaliyyət göstərən xarici şirkətlərin əksəriyyəti əldə etdikləri mənfəəti Azərbaycanda, o cümlədən ənənəvi və bərpa olunan enerji layihələrinə yenidən yatırır.

Nazirin sözlərinə görə, Azərbaycan qazı hazırda 16 ölkəyə tədarük edilir və onların 10-u Avropa İttifaqının üzvüdür.

Azərbaycan neftinin və neft məhsullarının ixrac olunduğu ölkələrin sayı isə daha çoxdur.

Gülnar Nazimqızı

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol