BMW yanğın riski səbəbindən ABŞ-də 720 mindən çox avtomobili geri çağırır

Almaniyanın BMW avtomobil konserni yanğın riski səbəbindən ABŞ-də 720 796 avtomobili geri çağırır.
Bu barədə “Reuters” ABŞ-nin Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin (NHTSA) məlumatlarına istinadən məlumat yayıb.
NHTSA avtomobil sahiblərinə nəqliyyat vasitələri təmir edilənədək onları açıq havada, binalardan və digər avtomobillərdən uzaqda park etməyi tövsiyə edib.
BMW nasazlığın aradan qaldırılması üzərində işləyir. Şirkət 2024-cü ildə su nasosundakı problem səbəbindən geri çağırılaraq təmir edilmiş avtomobillərlə bağlı sonradan baş verən 10 yanğın hadisəsindən xəbərdar olduğunu bildirib.
NHTSA-nın məlumatına görə, geri çağırılma 2012-2018-ci illərdə istehsal edilmiş BMW 3-cü və 5-ci seriya, X1, X3, X4 və Z4, eləcə də bəzi digər modellərə şamil olunur.
























