• $
  • €
  • ₽
  • ₺
  • £

Sahil Babayev: Hər bir vətəndaşın fərdi sosial proqramı yaradılacaq

Sahil Babayev: Hər bir vətəndaşın fərdi sosial proqramı yaradılacaq
02.01.2020 23:00
DOST Mərkəzlərindəki 132 xidmətin 91-nin elektronlaşdırılması nəzərdə tutulur.

Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Nazirliyin müxtəlif sahələr üzrə yaratdığı elektron sistemlərin bir məqsədi də budur ki, nəticədə hər bir vətəndaşın fərdi sosial proqramı yaradılacaq:

"Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq nzibati icraatın təkmilləşdirilməsi tədbirləri çərçivəsində nazirlik tərəfindən əhaliyə xidmətlərin elektron texnologiyalar üzərində qurulması sahəsində müvafiq addımlar atılıb. Dövlət başçısının 5 sentyabr 2018-ci il tarixli Fərmanına əsasən, ölkəmizdə ilk dəfə olaraq əhalinin sosial reyestri kimi,  "e-sosial” portalı istifadəyə verilib.

Portal vətəndaşlara onlar barədə toplanmış sosial məlumatlar çıxış və yaranmış hüquqları müqabilində məşğulluq xidmətlərindən,  sosial təminat növlərindən və s. çevik rejimdə yararlanmaq, eyni zamanda yaranan sosial-əmək hüquqlarının təminatı prosesinə daimi nəzarət etmək imkanı qazandırıb”.

S.Babayev bu günədək artıq portalın aktiv istifadəçi sayının 150 minə çatdığını, portala baxış sayının isə 1 milyon 500 mini ötdüyünü də diqqətə çatdırıb:

"Ölkəmizdə ilk proaktiv xidmət kimi 2019-cu ilin əvəlindən pensiyaların avtomatlaşdırılmış qaydada təyinatı mexanizminə keçilib, 15-ə yaxın sosial müavinət və təqaüd növü üzrə də e-təyinat sistemləri hazırlanaraq istifadəyə verilib, habelə 15-dək e-arayış xidməti işə salınıb. Gələn il də bir sıra yeni e-təyinat sistemləri və e-arayış xidmətləri istifadəyə veriləcək”.

Nazir son olaraq DOST Mərkəzlərindəki 132 xidmətin 91-nin elektronlaşdırılması nəzərdə tutulduğunu qeyd edib:

"Bu işlər yekunlaşandan sonra artıq e-sistemlər hər bir vətəndaş üçün fərdi sosial proqram formalaşdıracaq. Orada vətəndaşın məşğulluq, sosial təminat və s. imkanları müəyyən edilərək onlara təkliflər göndəriləcək”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol