• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyə Silahlı Qüvvələrinin komandanlığı Zakir Həsənova müraciət etdi

Türkiyə Silahlı Qüvvələrinin komandanlığı Zakir Həsənova müraciət etdi
28.05.2020 21:49
“Yaralananlara isə şəfa diləyiblər”.
1996-cı ildə Azərbaycanla Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanmışdı. Bu sazişə əsasən, hər il silahlı qüvvələrimizdə xidmət edən hərbi qulluqçularımız Gülhanə Hərbi Tibb Akademiyasında müalicə və müayinədən keçirlər. Amma son günlər cəbhədə yaşanan olaylar zamanı yaralanan hərbçilərmizin hamısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məxsus olan hərbi tibb müəssisələrində müayinə və müalicə alırlar.
ANN.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Dərgahlı iki əsgərimizin müalicə üçün Türkiyəyə aparıldığı barədə saytımıza verilən məlumatı şərh edərkən deyib.
Nazirlik rəsmisi onu da deyib ki, Türkiyə Silahlı Qüvvələrinin milli müdafiə naziri, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müxtəlif qoşun komandanları Milli Ordumuzun Ermənsitanın kəşfiyyat-təxribat hücumlarının qarşısını alarkən şəhid olmuş hərbçilərimizin ölümündən kədərləndiklərini bildirib və ailələrinə başsağlığı veriblər.
“Yaralananlara isə şəfa diləyiblər”.
“Onlar müdafiə naziri, general-polkovnik Zakir Həsənova müraciət ünvanlayaraq, Türkiyə Silahlı Qüvvələri Komandanlığının Azərbaycan Müdafiə Nazirliyilə həmrəy olduğunu, Azərbaycana Türkiyə Silahlı Qüvvələrinin dəstək olduğunu ifadə ediblər”, - deyə Vaqif Dərgahlı vurğulayıb.
ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Siyasət 12:55
Əli Məsimli: 1,7%-lik artımla 2030-cu ilədək beş prioriteti həyata keçirə biləcəyikmi?
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol