• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda vəzifəli şəxs narkotiklə tutuldu

Azərbaycanda vəzifəli şəxs narkotiklə tutuldu
01.02.2020 18:00
Hacıqabulda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər tutulub.

Unikal.org məlumatına görə, Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi tədbirlər çərçivəsində Hacıqabul rayonu Meyniman kənd sakini, əvvəllər məhkum olunmuş, 1983-cü il təvəllüdlü Ağayev Mənsur Balayar oğlu və Hacıqabul rayonu Axtaçı-Şirvan kənd sakini, 1979-cu il təvəllüdlü Heydərov Davud Əvəzxan oğlu saxlanılıb. 

Həmin şəxslərin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları və onların üzərində aşkarlanan qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri həyata keçirilib. 

Məlum olub ki, M.Ağayevə narkotik vasitəni Sabirabad rayonunun Qarağac kənd sakini, 1975-ci il təvəllüdlü Mahmudov Xanverdi Fərzulla oğlu satıb. Sonuncunun da üzərinə baxış zamanı ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. 










































ƏTRAFLI
Raffle Tower




İstintaq zamanı məlum olub ki, X.Mahmudov narkotik vasitəni Şirvan sakini, 1982-ci il təvəllüdlü Şirvan Su Kanal İdarəsinin satış üzrə mühəndisi Tapdıqov Elvin Raiz oğlundan alıb. 
Hazırda cinayət zəncirinin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam edir. 
Faktla bağlı cinayəti işi başlanıb.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol