Milli Məclisin şöbə müdiri işdən çıxdı

Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov işdən çıxıb.
102 saylı Samux-Şəmkir seçki dairəsindən Yeni Azərbaycan Partiyasından namizədliyini irəli sürmüş N.Səfərov qanunvericiliyin tələblərinə uyğun olaraq, parlamentdəki işindən ayrılıb və məzuniyyətə çıxıb.
Hazırda onun vəzifəsini Səyyad Kərimov icra edir.
www.anews.az
























