• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir namizəd Fərəc Quliyev haqda MSK-ya şikayət etdi

Daha bir namizəd Fərəc Quliyev haqda MSK-ya şikayət etdi
03.02.2020 15:17
31 saylı Suraxanı ikinci dairəsindən deputatlığa namizədliyini irəli sürən təhsil eksperti Etibar Əliyev də həmin dairədən növbəti dəfə mandat qazanmaq istəyən Fərəc Quliyevdən Mərkəzi Seçki Komissiyasına (MSK) şikayət edib. 

Bu barədə Yenisabah.az-a Etibar Əliyevin özü bildirib. Onun sözlərinə görə, şikayəti Fərəc Quliyevin həmin dairədən namizədliyini irəli sürmüş blogger Mehman Hüseynova şirinikləndirici təkliflər etməsilə bağlıdır.  "Fərəc Quliyevin əməlində ciddi qanun pozuntusu var. Hətta bəlkə cinayət tərkibi də var, bunu hüquqşünaslar yaxşı bilər. Ona görə də Mərkəzi Seçki Komissiyasına müraciət şikayət etmişəm. Bununla yanaşı Baş Prokurorluğa da faktı araşdırmaq üçün müraciət hazırlayıra”, -deyə Etibar Əliyev vurğulayıb.

Təhsil eksperti əlavə edib ki, Fərəc Quliyevin əməli ölkədə elan olunan islahatlara böyük zərbədir. "Ölkədə bütün sahələrdə islahat elan olunub. Belə bir situasiyada Fərəc Quliyevin qol verdiyi qanun pozuntuları seçicilərdə ciddi narazılıq yaradır. Onsuz da Fərəc Quliyevin 31 saylı Suraxanı ikinci seçki dairəsində nüfuzu yox idi. Mandatını götürüb getmişdi. 

Mehman Hüseynovla bağlı baş verən hadisə isə heç bir dairədə baş verməyən, analoqu olmayan bir olaydır. Ümid edirəm ki, müvafiq qurumlar məsələni araşdırıb uyğun qərar qəbul edəcəklər. 

Onu da qeyd edim ki, indiyə qədər bu dairədə namizədlərin təbliğat və təşviqat kampaniyasına heç bir maneə olmayıb. Sərbəst şəkildə kampaniya aparırıq. Təəssüf ki, Fərəc Quliyev kimilər öz qanunsuz əməlləri ilə həm seçicilərdə, həm də namizədlərdə narazılıq, seçkiyə inamsızlıq yaradır”, - deyə Etibar Əliyev bildirib.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol