Qusar Rayon Polis Şöbəsinin Həzrə polis bölməsinə yeni rəis təyin edilib.
Anews.az APA-ya istinadla xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı müvafiq əmrlə Qusar RPŞ-nin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Cavad Kazımov Həzrə polis bölməsinin rəisi vəzifəsinə təyinat alıb.
www.anews.az