• $
  • €
  • ₽
  • ₺
  • £

“İşıq olmadığından qaranlıqda səs verdik”

“İşıq olmadığından qaranlıqda səs verdik”
09.02.2020 11:06
Gecə saatlarında baş verən güclü külək səbəbindən bir neçə Bakıətrafı kənd və qəsəbədə elektriklə bağlı problem yaşanıb. 

Anews.az xəbər verir ki, bu barədə "Qafqazinfo”ya məlumatı sakinlər verib. Bildirilib ki, Mehdiabad qəsəbəsində işıq olmadığından vətəndaşlar 45 saylı Abşeron seçki dairəsində qaranlıqda səs vermək məcburiyyətində qalıblar.

"Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, gecə baş verən güclü külək nəticəsində 2-ci Qobu elektrik xəttində qəza baş verib. Bu səbəbdən Mehdiabad qəsəbəsi və Məhəmmədi kəndinin bəzi ərazilərində işığın verilməsində fasilələr yaranıb:

"Artıq qəza aradan qaldırılıb, gün sonuna kimi bütün ərazilərdə elektrik enerjisinin verilməsi bərpa olunacaq. Küləyin sürəti yüksək olduğundan əməkdaşlar rahatlıqla işləyə bilmir. Ancaq bütün buna baxmayaraq gücləndirilmiş iş rejimində işləyirik və hər cür texnikamız var. 

Hövsanda Qum adası deyilən ərazidə də hava xətlərində kiçik problemlər yaşanıb və bu səbəbdən Suraxanı və digər qəsəbələrin bəzi ərazilərində elektrik enerjisinin veilməsində fasilə yaranıb, problem qısa müddətdə aradan qaldırılacaq”. 

T. Mustafayevin sözlərinə görə, hazırda regionlarda hər hansı problem müşahidə olunmayıb:

"Qabaqlayıcı tədbirlərimiz öz nəticələrini verir, təşkilatçılıq yüksək səviyyədədir. Dağətəyi rayonlara güclü qar yağsa da, hələ ki, elektriklə bağlı problem yaşanmayıb.

199 çağrı mərkəzimiz də aktiv fəaliyyət göstərir. Fərdi qaydada belə gələn zənglərə diqqətlə yanaşılır”.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol