• $
  • €
  • ₽
  • ₺
  • £

Milli Məclisin sürpriz deputatları...

Milli Məclisin sürpriz deputatları...
10.02.2020 17:32
Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində gözlənilməz qaliblər də var. Yenisabah.az həmin namizədləri təqdim edir 

46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd İltizam Yusifov: Bu dairənin favorit namizədi mərhum müdafiə sənayesi naziri Yavər Camalovun oğlu Rəşad Camalov hesab edilirdi. Lakin Mərkəzi Seçki Komissiyası (MSK) onun ikili vətəndaş olduğunu əsas gətirərək namizədliyini ləğv etdi. Bundan sonra gözlənilirdi ki, hakim Yeni Azərbaycan Partiyasının namizədi Azər Quliyev qalib elan ediləcək. Gözləntilərin əksinə olaraq öz təşəbbüsü ilə seçkiyə qatılan İltizam Yusifov 49.5 faiz səslə dairənin lideri oldu.

12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən deputatlığa namizəd Səbinə Xasayeva: Bu dairədə hər kəs Respublikaçı Alternativ Partiyasının (REAL) icra katibi Natiq Cəfərlinin qalib gələcəyini gözləyirdi. Hətta belə iddialar səsləndirlirdi ki, Natiq Cəfərli hakimiyyətlə anlaşdığına görə ona mandat veriləcək. Lakin MSK YAP-ın namizədi Səbinə Xasayevanı qalib elan etdi. YAP-ın namizədi seçkidə qalib gələn ən gənc namizəddir. Onun 26 yaşı var.

79 saylı İmişli seçki dairəsindən deputatlığa namizəd Razi Nurullayev: Razi Nurullayevin qalib gələcəyi gözlənilməsə də, MSK onu dairənin lideri elan edib. O, MSK-nın açıqladığı qalib deputatlar içərisində ən az səslə (2705 seçici səsi və ya 20.9 faizlə) millət vəkili statusu qazana bilib. 

31 saylı Suraxanı ikinci seçki dairəsindən deputatlığa namizəd Etibar Əliyev: Bu dairədən deputat Fərəc Quliyevin qalib gələcəyi gözlənilirdi. Bu, Fərəc Quliyevin hakimiyyətə yaxın şəxs olması və yerli orqanların onun xeyrinə çalışması ilə əsaslandırılırdı. Lakin gözlənilmədən bu dairədən təhsil üzrə ekspert Etibar Əliyev qalib elan edilib.

Ehtimal olunur ki, Fərəc Quliyevin məğlubiyyəti onun digər namizəd blogger Mehman Hüseynova rüşvət təklif etməsi faktının ictimailəşdirilməsilə bağlıdır.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol