• $
  • €
  • ₽
  • ₺
  • £

YAP: Nöqsan göstərmək üçün müşahidəçilərin böyük fantaziyası olmalıdır

YAP: Nöqsan göstərmək üçün müşahidəçilərin böyük fantaziyası olmalıdır
10.02.2020 17:44
Baş nazirin müavini, Yeni Azərbaycan partiyasının sədr müavini-icra katibi Əli Əhmədov facebook-da "ATƏT yenə də sonadək obyektiv və ədalətli ola bilmədi" adlı məqalə paylaşıb.
 
Pravda.az-ın xəbərinə görə, məqalədə deyilir:
 
"Fevral ayının 10-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilərin nəticəsinə dair ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının birgə bəyanatı yayılıb. Qeyd etməliyəm ki, bəyanat sözügedən təşkilatların ənənəvi tam obyektiv olmayan mövqeyindən fərqlənməməsi ilə seçilir.
 
Nəzərəçarpan cəhətlərdən biri də sənəddə bir-birinə əks olan mövqelərin və ya dəyərləndirmələrin səsləndirilməsidir. Cəmi 125 yer uğrunda mübarizədə 1300-dən çox namizədin iştirak etdiyi seçki kampaniyasında həqiqi rəqabətin olmaması kimi nöqsan göstərmək üçün müşahidəçilərin böyük fantaziyası olmalıdır.
 
Azərbaycanda parlament seçkiləri ilə əlaqədar beynəlxalq müşahidəçilərin qeyd olunan nümayəndələrinin bəyanatında diqqəti çəkən digər bir cəhət bəzi Avropa qurumlarının ölkəmizlə bağlı ayrı-ayrı zamanlarda qəbul etdiyi qərəzli qərarlara istinad etməsidir ki, bu da sənəddə konkretliyin yayğın ifadələrlə və fikirlərlə zəngin olmasından xəbər verir. Nəzərə alınmalıdır ki, sözügedən müşahidəçilərdən savayı seçkilərin gedişini izləyən çoxsaylı beynəlxalq müşahidəçilərin rəyləri obyektivliyi və konkretliyi ilə seçilir.
 
Təəssüf ki, ATƏT-in müşahidə missiyası yenə də ədalətli və obyektiv ola bilmədi. Ən azından hər gün yaydıqları bəyanatda özünə yer tapmış, lakin seçki prosesində heç kimin görə bilmədiyi "nöqsanların” olması belə qənaətə gəlməyə əsas verir.
 
Bununla yanaşı, ədalət naminə seçki prosesinin yaxşı təşkilinə dair fikirlərin də yayılan bəyanatda əks olunmasını da qeyd etmək yerinə düşərdi. İstənilən halda artıq arxada qalan seçki kampaniyasının demokratik atmosferdə, yüksək rəqabət şəraitində keçməsinin ən obyektiv şahidləri seçicilər və namizədlərin özü sayıla bilər.
 
Heç şübhəsiz, 9 fevral seçkiləri Azərbaycanın demokratiya yolunda inkişafında əhəmiyyətli mərhələni təşkil edir".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol