• $
  • €
  • ₽
  • ₺
  • £

Əli Əhmədov: ATƏT yenə də sonadək obyektiv və ədalətli ola bilmədi

Əli Əhmədov: ATƏT yenə də sonadək obyektiv və ədalətli ola bilmədi
10.02.2020 17:54
Fevral ayının 10-da Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilərin nəticəsinə dair ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT-in Parlament Assambleyası və Avropa Şurasının Parlament Assambleyasının müşahidə missiyasının birgə bəyanatı yayılıb. Qeyd etməliyəm ki, bəyanat sözügedən təşkilatların ənənəvi tam obyektiv olmayan mövqeyindən fərqlənməməsi ilə seçilir.

Anews.az xəbər verir ki, bunu Yeni Azərbaycan partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov feysbuk səhifəsində yazıb.

Ə.Əhmədov bildirib ki, nəzərəçarpan cəhətlərdən biri də sənəddə bir-birinə əks olan mövqelərin və ya dəyərləndirmələrin səsləndirilməsidir:

"Cəmi 125 yer uğrunda mübarizədə 1300-dən çox namizədin iştirak etdiyi seçki kampaniyasında həqiqi rəqabətin olmaması kimi nöqsan göstərmək üçün müşahidəçilərin böyük fantaziyası olmalıdır. Azərbaycanda Parlament seçkiləri ilə əlaqədar beynəlxalq müşahidəçilərin qeyd olunan nümayəndələrinin bəyanatında diqqəti çəkən digər bir cəhət bəzi Avropa qurumlarının ölkəmizlə bağlı ayrı-ayrı zamanlarda qəbul etdiyi qərəzli qərarlara istinad etməsidir ki, bu da sənəddə konkretliyin yayğın ifadələrlə və fikirlərlə zəngin olmasından xəbər verir".

İcra katibi qeyd edib ki, sözügedən müşahidəçilərdən savayı seçkilərin gedişini izləyən çoxsaylı beynəlxalq müşahidəçilərin rəyləri obyektivliyi və konkretliyi ilə seçilir:

"Təəssüf ki, ATƏT-in müşahidə missiyası yenə də ədalətli və obyektiv ola bilmədi. Ən azından hər gün yaydıqları bəyanatda özünə yer tapmış, lakin seçki prosesində heç kimin görə bilmədiyi "nöqsanların” olması belə qənaətə gəlməyə əsas verir.

Bununla yanaşı, ədalət naminə seçki prosesinin yaxşı təşkilinə dair fikirlərin də yayılan bəyanatda əks olunmasını da qeyd etmək yerinə düşərdi. İstənilən halda artıq arxada qalan seçki kampaniyasının demokratik atmosferdə, yüksək rəqabət şəraitində keçməsinin ən obyektiv şahidləri seçicilər və namizədlərin özü sayıla bilər. Heç şübhəsiz, 9 fevral seçkiləri Azərbaycanın demokratiya yolunda inkişafında əhəmiyyətli mərhələni təşkil edir".

Qeyd edәk ki, fevralın 9-da Azәrbaycanda növbәdәnkәnar parlament seçkilәri keçirilib. Seçkilərdə 1314 nəfər namizəd iştirak edib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol