• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni politoloq: "Əliyevin gülüşü müharibədə uduzan tərəfin biz olduğumuzu göstərdi"

Erməni politoloq: "Əliyevin gülüşü müharibədə uduzan tərəfin biz olduğumuzu göstərdi"
16.02.2020 19:07
"Xalqları sülhə hazırlamaq” proqramı çərçivəsində Paşinyan və Əliyevin debatının şahidi olduq. Əvvəlcə, psixoloji hazırlığa və "bədən dili”nə toxunacağam. Əliyevin davranışı, duruşu, Paşinyana vaxtaşırı ironik gülümsəməsi, bəzən açıq gülüşü müharibədə uduzan tərəfin biz olduğumuzu göstərdi”.

Bu barədə politoloq Andranik Tevanyan öz "Facebook” səhifəsində yazıb.

O, Paşinyanın bu debatda məğlub tərəf olduğunu etiraf edib:

"Hətta Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Paşinyanın çıxışına güldü ki, bu da dövlətimizin başçısına, dolayısı ilə dövlətimizə hörmətsiz münasibətdir. Bunun günahkarı Paşinyandadır. Əgər açıq görüşdə bu mənzərə yaşanırsa, görün, pərdə arxasında nələr olur. Qapalı görüşlərdə kimin necə davrandığı, kimin diktə etdiyi və kimin uduzduğu məlum oldu”.


Politoloq qeyd edib ki, debatdan rəsmi Bakının Qarabağı Azərbaycanın bir hissəsi kimi gördüyü, Şuşa və digər yaşayış məntəqələrini azərbaycanlılara qaytarmaq istədiyi məlumdur:

"Əliyev bütün bunlara mərhələli şəkildə nail olmağa razıdır: azad edilmiş əraziləri geri qaytarmaq, qaçqın və məcburi köçkünləri torpaqlarına köçürmək və s.

Əliyevin "Şahin” görünüşü fonunda Paşinyan Qərbin gözündə xal toplamaq üçün "Sülh göyərçini” kimi çıxış etməyə çalışır, amma bu, xüsusilə Münhendə mənasız və təhlükəli bir fəaliyyətdir”.

"Paşinyan beynəlxalq auditoriya qarşısında belə bir ehtiyat və görüntü ilə danışaraq, bir daha sübut etdi ki, dövlət başçısı kostyumu onun üçün çox böyükdür! Çox!”, - deyə politoloq qeyd edib.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol