• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəriqaz”ın rəhbəri baş mühəndisi işdən çıxardı, 270 əməkdaşla bağlı intizam-tənbehi tətbiq etdi

“Azəriqaz”ın rəhbəri baş mühəndisi işdən çıxardı, 270 əməkdaşla bağlı intizam-tənbehi tətbiq etdi
18.02.2020 13:20
"Azəriqaz” İstehsalat Birliyinin vəzifə səlahiyyətlərini icra edərkən səhvlərə yol verən 270 əməkdaşı barəsində intizam-tənbeh tədbirləri tətbiq olunub.

Anews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.

Bildirilib ki, "Azəriqaz” İB abonentlərin, o cümlədən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan qeyri-əhali qrupundan olan abonentlərin problemlərini daim diqqətdə saxlayır. 

Onların üzləşdiyi çətinliklər barədə daxil olan məlumatlar dərhal araşdırılır. Bu barədə birliyin baş direktoru Ruslan Əliyevin xüsusi tapşırığı var:
"Qaz təsərrüfatının hər bir səlahiyyətli məsul işçisi abonent məmnuniyyətinə nail olmaq üçün səylə çalışmalı, xüsusən də sahibkarlarla ünsiyyətdə səbirli davranmalı, onların problemlərinin həllinə qanununvericiliyin tələbləri gözlənilməklə yardımçı olmalıdırlar”.

Bu tapşırıqların yerlərdə (Regional qaz istismar İdarələrində (RQİİ)) icrası daim nəzarətdə saxlanılır, nöqsanlara yol verən işçilər isə cəzalandırılır. Elə bu günlərdə sahibkarlarla ünsiyyətdə yol verdiyi nöqsanlara görə Lənkəran RQİİ-nin baş mühəndisi İxtiyar Höküməli oğlu Seyfullayev fevralın 17-də Birliyin baş direktorunun əmri ilə tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, 2019-cu ildə bu və ya digər formada vəzifə səlahiyyətlərini icra edərkən səhvlərə yol verən Birliyin 270 əməkdaşı barəsində intizam-tənbeh tədbirləri tətbiq olunub. Onlardan 114 nəfər Birliyin idarəetmə aparatı, 156 nəfər isə Regional Qaz İstismar İdarələrində çalışan şəxslərdir. 

Bir daha "Azəriqaz” İstehsalat Birliyi abonentləri əmin edir ki, onların məmnuniyyətinin təmin olunması üçün bütün lazımi tədbirlər görüləcək. Bu istiqamətdə onları narahat edən məqamlar olarsa, 104/185 Çağrı Mərkəzinə zəng edə və ya (+994) 77 3 104 104 saylı "Whatsapp” nömrəsinə yazılı, səsli və ya görüntülü mesaj göndərə bilərlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Siyasət 13:15
Deputat biznes kreditlərinin iri şirkətlərdə cəmləşməsini tənqid edib
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Siyasət 12:55
Əli Məsimli 2027-ci ildə ÜDM-in 2,7%-lik artım proqnozunu sual altına alıb
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Siyasət 12:31
Hesablama Palatası: 2027-ci ildə dövlət büdcəsinin kəsiri artacaq
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
İqtisadiyyat 12:26
Hesablama Palatası dövlət büdcəsi layihəsi ilə bağlı 35 tövsiyə verib
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol