• $
  • €
  • ₽
  • ₺
  • £

MSK daha 6 məntəqənin nəticələrini etibarsız saydı - YENİLƏNİB

MSK daha 6 məntəqənin nəticələrini etibarsız saydı - YENİLƏNİB
18.02.2020 17:01
Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 79 saylı İmişli seçki dairəsindən deputatlığa namizədlər Hüseynli İlqar, Fərzəliyev Murad və digərlərinin müraciətinə baxılıb.

"Report” xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Bəxşeyiş Əsgərov məlumat verib.

O bildirib ki, müraciət edən şəxs İ.Hüseynli DSK-ya müraciət edərkən bir neçə seçki məntəqəsinin nəticələrini mübahisələndirib: "Lakin MSK-ya müraciət edəndə həmin dairə üzrə məntəqələrin sayını artırıb. O, 1 protokol da təqdim edib. 

Digər namizədlər də şikayətləri ilə bağlı disk də təqdim ediblər. Hər bir videogörüntü üzrə araşdırma aparılıb. Araşdırmalar zamanı 2 məntəqədə - 14 və 23 saylı məntəqələrdə pozuntular aşkarlanıb.
 
Araşdırmalarda 23 saylı məntəqədə bülletenlərin topa şəkildə atılması faktı aşkar edilib. Bundan əlavə, 16, 25 və 21 saylı məntəqələrdə seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilib. Bu da həmin məntəqələr üzrə (14, 16, 21, 23 və 25 saylı məntəqələr) nəticələrin etibarsız hesab edilməsinə şərait yaradır”.

İclasda həmin dairənin 5 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 29 saylı Səbail seçki dairəsi ilə bağlı şikayətlərə baxılıb.

"Report” xəbər verir ki, sonda həmin şikayətlərin müvafiq dairə seçki komissiyalarına göndərilməsi ilə bağlı qərar qəbul edilib.

*** 16:07
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası başlayıb.

"Report” xəbər verir ki, komissiya üzvləri 2020-ci ilin fevralın 9-da keçirilən Milli Məclisə seçkilərlə əlaqədar daxil olan daha bir neçə müraciətə baxır.

MSK tərəfindən gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul ediləcək.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol