• $
  • €
  • ₽
  • ₺
  • £

Daha bir dövlət qurumu koronavirusa görə hərəkətə keçdi

Daha bir dövlət qurumu koronavirusa görə hərəkətə keçdi
25.02.2020 11:43
Çində ortaya çıxan və artıq dünyanın bir neçə ölkəsində də aşkarlanan koronavirusla ("2019-nCoV") bağlı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) ehtiyat tədbirlərini davam etdirir.
 
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Anews.az-a verilən məlumata görə, ASCO sədri Rauf Vəliyevin tapşırığı ilə şirkətin balansında olan gəmilərdə, struktur idarələrin ərazilərində, keçid-mühafizə postlarında və yeməkxanalarında mütəmadi olaraq aparılan dezinfeksiya işlərinə nəzarət gücləndirilib.
 
Müəyyənləşdirilmiş qrafikə əsasən, 24 fevral 2020-ci il tarixində ASCO-nun Xəzər Dəniz Neft Donanmasının inzibati binasında,  "General Əsədov”, "Lütoqa”, "İrgiz” və "Ədalət Gülməmmədov” gəmilərində, eləcə də Dəniz Nəqliyyatı Donanmasının "Bəstəkar Qara Qarayev” və "Naxçıvan” gəmilərində tələblərə uyğun dezinfeksiya işləri aparılıb.
 
İşlər xüsusi lisenziya əsasında fəaliyyət göstərən və bu sahə üzrə ixtisaslaşmış şirkətlə birlikdə Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının müşayiəti ilə həyata keçirilir.
 
Tapşrığa uyğun olaraq dezinfeksiya tədbirləri xüsusi qrafiklə gəmilərdə ayda bir dəfə, sahildə yerləşən strukturların inzibati binaları və ərazilərində isə iki dəfə yerinə yetiriləcək. Səlahiyyətli qurumların göstəriş və təlimatlarına müvafiq olaraq sanitar-gigiyenik tədbirlərin təkrarlanması da diqqətdə saxlanılır.
 
Bütün bunlarla bərabər, sahil heyətinin virusa yoluxmasına qarşı yönəlmiş tədbirlər çərçivəsində ASCO-nun  "Dənizçilər poliklinikası” MMC-nin həkimləri ciddi maarifləndirmə işləri aparırlar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol