• $
  • €
  • ₽
  • ₺
  • £

Professor: "Koronavirusa görə spirtdən istifadənin effekti yoxdur"

Professor: "Koronavirusa görə spirtdən istifadənin effekti yoxdur"
25.02.2020 12:14
"Koronavirus epidemiyasından qorunmaq üçün spirtdən istifadə inandırıcı deyil. Yəni, spirtdən istifadənin effekti yoxdur”.

Anews.az xəbər verir ki, bunu "Report”a açıqlamasında müstəqil səhiyyə eksperti, professor Adil Qeybulla deyib.

O, bunu spirtin antivurus aktivliyinin yüksək olmaması ilə əlaqələndirib.

Ekspert qeyd edib ki, insanlar əsas əllərinin tez-tez yuyulmasına önəm verməlidir:

"Əllər yuyulan zaman qələvi mühit əldə olan bütün yağları, piy vəzilərinin axarlarını təmizləyir. Ələ yapışmış viruslar yağlarla müəyyən qatdan xaric olur. Bu baxımdan əllərin xüsusilə kontaktdan sonra gün ərzində 10-15 dəfə yuyulması məqsədəuyğundur”.

A.Qeybulla eyni zamanda xəstə insanların qoruyucu maskalarının tez-tez mütəmadi dəyişilməsinin zəruriliyini vurğulayıb. O bildirib ki, sağlam insanlar qoruyucu maskaları heç olmasa iki saatdan bir dəyişməlidir:

"Bir maska uzun müddət istifadə olunarsa, onda tez nəmlənir və keçiricilik yaranır. Ona görə də tibbi maskalardan istifadə olunmalıdır. Belə maskaların üstünlüyü ondan ibarətdir ki, suda islanmır. Bu da vacib şərtdir, çünki infeksiyanın keçmə yolu hava-damcı və hava-toz, kontaktdır.
 
Maskalar bu faktorlardan qorumalıdır. Ona görə də üzərində "tibbi maska" yazılanlardan istifadə edilməlidir. Maska alınarkən üzərində "tibbi maska" yazılmasına diqqət edilməlidir. Stasionarda istifadə olunan maskalar etibarlı sayılır. Əsas odur ki, maska ağız və burunu örtməlidir. Əminəm ki, apteklərdə satılan maskalar da bu təyinatlıdır”.

O həmçinin qeyd edib ki, əhalinin kütləvi toplandığı yerlər, məktəblər, universitetlər, iş yerlərinin dezenfeksiyası mütləqdir:

"Virusların havada, müxtəlif yerlərdə kütləvi məhv edilməsi üçün tədbirlər lazımdır. Çində aparılan bu qabaqlayıcı tədbirlər bir daha göstərdi ki, məsələyə necə ciddi yanaşırlar. Onlar küçələri belə dezenfeksiya edirlər”. 

Qeyd edək ki, Çində koronavirusdan ölənlərin sayı 2 595 nəfərə çatıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda bu günədək koronavirusa yoluxma halı qeydə alınmayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol