• $
  • €
  • ₽
  • ₺
  • £

Korrupsiya İdarəsi keçmiş deputatla bağlı hərəkətə keçdi

Korrupsiya İdarəsi keçmiş deputatla bağlı hərəkətə keçdi
04.03.2020 12:35
Keçmiş deputat Rafael Cəbrayılovun borc qalmaqalı davam edir.

Yenisabah.az xəbər verir ki, dünən bu məsələ ilə bağlı Rafael Cəbrayılovun apellyasiya şikayətinə baxılıb.

Lakin məhkəmə keçmiş deputatın şikayətini təmin etməyib.

Rafael Cəbrayılovun borclu olduğu Təranə Fətəliyevanın bildirdiyinə görə, keçmiş deputat hər vəchlə borcunu ödəməkdən yayınmağa çalışır.
"Abşeron Rayon Məhkəməsi mənim iddiamı təmin etmişdi. Amma Rafael Cəbrayılov apellyasiya şikayəti verdi. Sumqayıt Apellyasiya Məhkəməsi onun şikayətini təmin etmədi. Buna baxmayaraq, Rafael Cəbrayılov borcunu ödəməyəcəyinə eyham vurur”, - deyə Təranə Fətəliyeva bildirib.

Saytın əldə etdiyi başqa bir məlumata görə, artıq Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi də bu işlə maraqlanır. Rafael Cəbrayılovun borclu olduğu şəxslər quruma dəvət edilib və onlardan baş verənlər barədə izahat alınıb. Həmçinin, məlum olur ki, Rafael Cəbrayılov 13 nəfərə ümumilikdə bir milyondan artıq pul borcludur.

Məlumatda qeyd olunur ki, məhkəmə çəkişməsini uduzmasına, barəsində prokurorluğa şikayət edilməsinə baxmayaraq, Rafael Cəbrayılov özünü arxayın aparır. Hətta şikayətçilərə bildirir ki, heç bir şeydən çəkinmir. İddia olunur ki, keçmiş deputat arxayınlığını onlara hakimiyyətdə ciddi dayaqları olması ilə izah edib.

Bu baxımdan, şikayətçilər yaxın vaxtlarda mətbuat konfransı keçirmək və Prezident İlham Əliyevə müraciət etmək niyyətindədirlər.

Xatırladaq ki, Rafael Cəbrayılov ayrı-ayrı vətəndaşlardan külli miqdarda borc alıb. Borcu vaxtında qaytaracağına zəmanət olaraq III və IV çağırış deputat vəsiqəsini girov qoyub. Vədinə əməl etmədiyinə görə onun borclu şəxslər məsələni ictimailəşdirib. Bu məsələ ictimai rezonansa səbəb olub və Rafael Cəbrayılov deputat mandatından imtina etmək məcburiyyətində qalıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol