AMEA "koronavirus" sözünün düzgün tələffüzü ilə bağlı QƏRAR VERDİ

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu "koronavirus" sözünün düzgün tələffüzünü müəyyənləşdirib.
Anews.az xəbər verir ki, İnstitutun direktoru, akademik Möhsün Nağısoylu "Report"a açıqlamasında bildirib ki, alınma sözlərin tələffüzü Azərbaycan dilinə uyğunlaşdırılır:
"Ona görə də "koronavirus" sözü "karonavirus" kimi tələffüz olunmalıdır".
Qeyd edək ki, "koronavirus" iki sözün birləşməsindən əmələ gələn mürəkkəb söz kimi yeni "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nə salınıb.
www.anews.az
Son xəbərlər 
Daha çox 























