• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident icra başçısından səhv tutdu:" Bu neçənci əsrin xəritəsidir?" - VİDEO

Prezident icra başçısından səhv tutdu:" Bu neçənci əsrin xəritəsidir?" - VİDEO
29.05.2020 01:19
Xəbər verdiyimiz kimi, dünən Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev muzeyin eksponatları ilə tanış olub.

Yeniavaz.com xəbər verir ki, muzeydə nümayiş olunan tarixi xəritələrlə bağlı iradlarını bildirən Prezident İlham Əliyev soruşub: "Bu, neçənci əsrin xəritəsidir? Gərək yazılsın. Hər bir xəritədə yazılmalıdır neçənci əsrə aiddir, çünki dövlətlər dəyişib, sərhədlər dəyişib. Bu xəritəni siz haradan götürmüsünüz?”.

Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov Prezidentə bildirib ki, xəritə Mədəniyyət Nazirliyindən götürülüb.

Prezident isə irad bildirərək qeyd edib: "Mədəniyyət Nazirliyindən? Qədim adlar, məsələn, Sisian yazılıb. O vaxt Sisian adı yox idi, sonra kimsə bunu uydurub. Xəritədə indiki Azərbaycan ərazisində Mingəçevirdən başqa heç bir tarixi ad yazılmayıb. Halbuki, Bərdə, Qəbələ, Naxçıvan - bütün bunlar qədim şəhərlərimiz olub. Ona görə soruşuram, bu, hansı əsrə aiddir?

Çünki bu xəritədən heç nə başa düşmək mümkün deyil. Qafqaz Albaniyası dövləti də burada göstərilmir. Amma baxın, bu Urartu hansı hərflərlə yazılıb. Ona görə buna baxmaq lazımdır. Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayın, xəritələr həm dəqiq olmalıdır, həm də bunun tarixi göstərilməlidir. Bu xəritə də bilinmir hansı tarixə aiddir. İndiki Azərbaycan ərazisində heç bir şəhərin adı yoxdur. Var buna cavab? Xəritə asmısınız, hesab edirsiniz ki, bununla iş düzəlir? Bu xəritə bizim tariximizdir.

Uşaqlar gəlib bu xəritədən tarix haqqında nə başa düşəcəklər? Heç bilinmir nədir bu. Özü də haradan götürmüsünüz Allah bilir. Buna belə yanaşmaq olmaz. Eksponatları doldurursunuz, hesab edirsiniz ki, bununla iş bitir? Özü də uşaq otağıdır. Uşaq gəlib soruşacaq ki, bu nədir, mənim məmləkətim nədir? Haradadır mənim qədim şəhərlərim? Onun əvəzinə orada Urartu görürük”.

Tarix, milli kimlik hadisəsi bütün həqiqətlərin açarıdır. Məhz, Dövlət başçısı bu reallığı daim təməl prinsipi kimi gündəmdə saxlayır və ona böyük həssaslıqla yanaşır. Əsrlərin daş yaddaşı olan tarixi və mədəni abidələrin bərpası, bütün ölkə coğrafiyasında tarix-diyarşünaslıq muzeylərinə diqqət, dediklərimizin sübutu sayıla bilər.

Prezidentin Tovuz rayonunda muzeylərin açılşı zamanı xalqımızın tarixini əks etdirən əyani vəsait, maddi mədəniyyət nümunələri ilə yaxından tanışlığı, onları təhlil etməsi, tutduğu iradlar da göstərdi ki, bu sahə dövlət siyasətində prioritet istiqamətdir. Yer adları, toponimlərin tədqiqi, onlara həssas münasibət, bir sözlə, milli dəyərlərə ehtiram azərbaycançılıq idelogiyasının əsasını təşkil etməklə bərabər, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasında əvəzsiz rol oynayır. Ona görə də Prezident hər zaman tariximizin öyrənilməsini, təbliğini, gələcək nəsillərə olduğu kimi çatdırılmasını vətəndaşlıq borcu adlandırır.
Gəncliyin tariximizi dərindən öyrənməsi qlobal məkanda cərəyan edən poseslər fonunda da mühüm aktuallıq kəsb edir. Çünki bu, ilk növbədə onlara milli kimlik hissini aşılayır, vətənə bağlılığını artırır. Prezident istisnasız olaraq bütün tədbirlərdə Azərbaycan gəncliyinə bu tövsiyyə ilə müraciət edir: azad və müstəqil yaşamaq, vətənpərvər olmaq, tariximizi öyrənmək və unutmamaq.

Dövlət başçısının Tovuz rayonunda muzeylərlə tanışlığı zamanı tariximizin ayrı-ayrı detalları üzərində xüsusi dayanması əslində bu baxımdan hər bir vətəndaşa, ümumilikdə ölkə ictimaiyyətinə, o cümlədən aidiyyatı qurumlara açıq çağırış idi. Xalqımızın yüz illər boyu yaratdığı mədəni irs tarixi köklər üzərində qorunmalı və gələcək nəsillərə ötürülməlidir.

Prezidentin tapşırığına əsasən İrəvan xanlığı, eyni zamanda tariximizin ayrı-ayrı mərhələləri ilə bağlı elmi əsərlərin bir neçə dilə tərcümə olunması, müstəqillik dövrünə həsr edilən sanballı elmi əsərlərin yardılmasını bu kontekstdə mühüm töhfə adlandırmaq olar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol