• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbulda azərbaycanlıların etiraz aksiyası

İstanbulda azərbaycanlıların etiraz aksiyası
17.04.2020 12:17

Bakı/16.04.20/Turan: Türkiyədə çalışan bir qrup Azərbaycan vətəndaşı İstanbulda aksiya keçirərək Azərbaycan konsulluğunun dəstəyinin olmamasına etiraz edib.

Aprelin 15-də onlar Baş Konsulluğun binasına gəliblər.

Aksiya iştirakçılarından biri Habil Məmmədov Turan-a bildirib ki, karantin rejiminə görə çalışa bilmirlər.

"Son vəsaitimizi də  xərclədik. Mən video yaydıqdan sonra SOCAR ərzaq alınması üçün hər birimizə 200 türk lirəsi (55 manat) yardım ayırdı. Lakin icarə haqqını ödəmədiyimizə görə mənzil sahibləri bizi evdən çıxarırlar. Yüzlərlə insan bu vəziyyətdədir. Əgər konsulluq bizə kömək etməyəcəksə, niyə lazımdır?”, - H.Məmmədov deyib.

Öz növbəsində Azərbaycan səfirliyi bildirib ki, diplomatik missiyada soydaşlarımıza yardım göstərilməsi üzrə təkliflərin üzərində iş gedir.

"Yaxın vaxtlarda qərar qəbul ediləcək. Bu qərara əsasən  mənzilin kirayə haqqının ödəilməsi üçün kimə pul veriləcəyi müəyyənləşdiriləcək. Tələbə və bu ölkədə müvəqqəti yaşayan Azərbaycan vətəndaşlarına üstünlük veriləcək”, - REAL TV səfirliyin nümayəndəsindən sitat gətirib.

Öz növbəsində Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Turan-a bildirib ki, xaricdəki vətəndaşlara mərhələli şəkildə yardım göstərilir.
Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri vətəndaşlardan müraciətləri qəbul edir, onları öz məlumat bazalarına daxil edir, eyni zamanda məlumatı XİN-ə ötürür, o da öz növbəsində Nazirlər Kabineti yanında Operativ Qərargaha göndərir.

Bir aydan çoxdur ki, Türkiyədəki diplomatik nümayəndəliklərdə "qaynar xətt”lər fəaliyyət göstərir ki, buraya çox sayda zəng olur.

Müraciətlərə baxılır, lakin hər kəsə eyni vaxtda kömək etmək mümkün deyil.

"Əgər söhbət mənzil kirayəsi haqqını ödəməkdən gedirsə, mənzillərin sahiblərinə telefon edilir, vəziyyət öyrənilir. Bütün pul köçürmələri qısa müddətdə həyata keçirilə bilməz. Ancaq bir çoxuna artıq yardım göstərilib və iş davam edir”, - L.Abdullayeva bildirib.

Aprelin 16-da Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən mətbuat konfransında Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Fuad Muradov bildirib ki, təhsil, qazanc və müalicə məqsədilə xaricdə olan 5104 Azərbaycan vətəndaşından yardımla bağlı müraciət daxil olub. Eyni zamanda 1942 vətəndaşa müxtəlif yardımlar edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol